İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə A yarımqrupunda mübarizə aparır.
İlk görüşdə Rusiya idmançıları ilə qarşılaşan güləşçilərimiz görüşü 4-4 hesablı bərabərliklə bitirib. Ancaq xalların keyfiyyətinə görə 32-29 öndə olan yığmamız görüşü qalib başa vurub.
Rusiya – Azərbaycan 4:4 (29-32)
57 kq – Artyom Gebekov – Georgi Edişeraşvili 5:2
61 kq – Camal Otarsultanov – Əli Rəhimzadə 6:6*
65 kq – Alan Gogaev – Hacı Əliyev 1:2
70 kq – Maqomedxabib Kadimaqomedov – David Suynuçxanov 10:6
74 kq – Radik Valiev – Cəbrayıl Həsənov 2:6
86 kq – Vladislav Valiev – Şərif Şərifov 2:1
97 kq – Rasul Maqomedov – Nurməhəmməd Hacıyev 2:1
125 kq – Vladislav Baitsaev – Cəmaləddin Məhəmmədov 1:8