Cümə , 19 Aprel 2024
Drone Cameras

Azərbaycan ağırlıqqaldırma yığması İslam Həmrəyliyi Oyunlarına Ukraynada hazırlaşır

Azərbaycanın ağırlıqqaldırma üzrə yığma komandası Ukraynanın Xmelnitski vilayətinin Kamenets-Podolsk şəhərində təlim-məşq toplanışındadır. “Report”un məlumatına görə, böyük məşqçi Maksum Xasanovun rəhbərliyi altında atletlər gündə iki dəfə məşq edirlər. 

Onlar qarşıdakı daxili və beynəlxalq yarışlara əvvəlcədən müəyyən edilmiş plan üzrə hazırlaşırlar. Məqsəd yarışlara daha intensiv və səmərəli hazırlıq, fərqli iqlim və məşq şəraitində sınaqdan keçirilməkdir.

Yanvarın 23-də Ukraynaya yollanan yığmanın ilk olaraq 3 həftəlik hazırlıq prosesi keçməsi nəzərdə tutulmuşdu. Sonradan məşqçilər heyəti bu müddətin daha 2 həftə artırılmasını məqsədəuyğun görüb. Bu səbəbdən, Azərbaycan ağırlıqqaldıranları fevralın 26-dək təlimləri davam etdirəcək.

M.Xasanov Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinə açıqlamasında idmançıların durumundan razı qaldığını dilə gətirib: “Buradakı hazırlığımızın effektiv olduğunu gördüm. Məşqlər atletlərimizə müsbət təsir edirdi. Qərara aldıq ki, daha iki həftə burada qalaq. Hazırda məşqlərimizi intensiv şəkildə davam etdiririk. Komandada ab-hava yaxşıdır, çalışmalarımız yaxşı gedir. Qarşıda bizi Azərbaycan çempionatı, həmçinin Tailandda yeniyetmələr arasında dünya birinciliyi, Xorvatiyada Avropa çempionatı gözləyir. Mayda isə Bakıda keçiriləcək IV İslam Oyunlarında iştirak edəcəyik. Bütün bu yarışlara maksimum səylə hazırlaşırıq. Qidalanma, istirahət, məşq şəraitimiz yüksək səviyyədədir. Çalışırq ki, yaxşı hazırlaşıb bizə olan etimadı doğruldaq”.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir