Çərşənbə axşamı , 30 Aprel 2024

Dünya

Azərbaycanda oxuyan xarici tələbələrin cəbhəboyu zonaya səfərləri təşkil olunacaq

Silahlı Qüvvələrdə 2016-cı il aprel döyüşlərinin birinci ildönümü ilə əlaqədar “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında silsilə hərbi-vətənpərvərlik tədbirləri keçirilir.Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Reprt”a verilən məlumata görə, təsdiq edilən plana əsasən tədbirlər bir sıra şəhər və rayonlarda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, mərkəzi və qarnizon zabitlər evlərində, klub və kitabxanalarda təşkil olunub.Hərbi-vətənpərvərlik tədbirlərinin planında …

Read More »

“Azərbaycanın milli musiqi alətləri: Keçmişimiz, bu günümüz” mövzusunda konfrans keçirilib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanın milli musiqi alətləri: Keçmişimiz, bu günümüz” mövzusunda elmi-praktiki konfrans keçirilib.“Report” xəbər verir ki, konfransda çıxış edən Dövlət Komitəsinin sədr müavini Niyazi Rəhimov bildirib ki, əqli mülkiyyət hüquqlarının qorunması təkcə sənaye və ticarət kontekstində deyil, müasir dövrdə mədəniyyət sferasında da aktuallığını qoruyur: “Əqli mülkiyyətin həm …

Read More »

“Qazprom” əhaliyə satılan qazın qiymətinin artırılmasını təklif edib

Rusiyanın “Qazprom” şirkəti hesab edir ki, daxili bazarda bütün istehlakçılar – müəssisələr və əhali qrupu üçün vahid tarifin tətbiqi vacibdir. “Report” “Lenta.ru”ya istinadən xəbər verir ki, şirkət belə təkliflə Energetika Nazirliyinə göndərdiyi məktubda çıxış edib. “Qazprom” sədrinin müavini Valeriy Qolubevin imzası ilə energetika nazirinin müavini Kirill Molodtsova ünvanlanan məktubda eyni zamanda şirkətinin gəlirlərinin artırılması üçün iqtisadi şərtlərin dəyişdirilməsi təklif edilir.

Read More »

DİN əlvan metalların qəbulunu həyata keçirən məntəqə sahiblərinə müraciət edib

Vətəndaşların haqlı narazılığına səbəb olan su sayğacları oğurluqlarının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən Binəqədi rayonu ərazisində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə.Naxçıvani küçəsindəki evlərdən birinin girişindəki su sayğacını oğurlamağa cəhd göstərən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur …

Read More »

Polis “cibgir İlqar”ı tutub

Sumqayıtda avtobuslarda cibgirliklə məşğul olan şəxs saxlanılıb. “Report”un xəbərinə görə, “cibgir İlqar” kimi tanınan İlqar Abdullayev polisin keçirdiyi əməliyyat zamanı tutulub. Faktla bağlı araşdırma aparılır.

Read More »

Azərbaycanın voleybol üzrə milli komandasının İslamiadaya hazırlıq üçün heyəti açıqlanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Federasiyanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, baş məşqçi Faiq Qarayev IV İslam Həmrəyliyi Oyunları, dünya çempionatının seçmə və Avropa çempionatının final mərhələsi üçün hazırlıq prosesinə 30 voleybolçu çağırıb. 1. Polina Rəhimova, 2. Valeriya Məmmədova, 3. Kseniya Poznyak, 4. Odina Bayramova, 5. Kristina Yagubova, 6. Şəfaqət Həbibova, 7. Yana kulan, 8. Aynur …

Read More »

Əbülfəs Qarayev BMT-nin yüksək səviyyəli rəsmiləri ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mayın 4-6-da Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və onun Beynəlxalq Təşkilatların Yüksək səviyyəli görüşü ilə bağlı müzakirələr aparmaq üçün Nyu-Yorkda səfərdədir.Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Ə.Qarayev səfər çərçivəsində ilk olaraq BMT baş katibinin kabinet rəhbəri Maria Luiza Ribeiro Viotti ilə görüşüb. M.L.Viotti BMT baş …

Read More »

Prezident İlham Əliyevə Serbiyanın ali ordeni təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi qəbul edib.“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.Səfir Neboyşa Rodiç Azərbaycan ilə Serbiya arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü ildə təltif edildiyi Serbiyanın ali ordenini dövlət …

Read More »

Peterburq metrosundakı terrorun icraçısının cəsədinin hissələri tapılıb

Sankt-Peterburqda metroda törədilən terror aktının icraçısının cəsədinin hissələri tapılıb. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. “Partlayıcı qurğunu metroya gətirən kişinin cəsədinin qalıqları üçüncü vaqonda aşkarlanıb. Onun şəxsiyyəti müəyyən edilib. Lakin onun adı hələlik açıqlanmır”, – deyə məlumatda qeyd olunub.

Read More »

BSU-da aprel döyüşlərinin ildönümü qeyd olunub

Bakı Slavyan Universitetində (BSU) ötən il 2-6 aprel tarixlərində baş vermiş döyüşlərdə həlak olan şəhidlərin ildönümünə həsr edilmiş “Ordumuz Vətənimizin dayağıdır” adlı anım mərasimi keçirilib. BSU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra aprel şəhidlərinə aid slayd nümayiş olunub.Mərasimi giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva ötən il aprel …

Read More »