Cümə , 13 Dekabr 2024
Drone Cameras

Rusiyalı politoloqun təşkil etdiyi “Xocalı petisiyası”nın təqdimatı keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Rusiyanın tanınmış tarixçisi, siyasi xadim Oleq Kuznetsovun Xocalı faciəsinin soyqırım cinayəti kimi tanınması ilə bağlı Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlandığı petisiyanın təqdimatı Gəncədəki ali təhsil məktəblərində keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, təqdimat mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov, Gəncə Dövlət Universitetinin (GDU) humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Bilik Fondunun əməkdaşları Elvin Hətəmov və İslam İslamzadə iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan GDU -nun prorektoru G.Fətəliyeva erməni terrorizmini, xalqımıza qarşı törədilən cinayətləri dolğun və həqiqətlərə uyğun açıb göstərdiyinə görə, O.Kuznetsova təşəkkürünü bildirib.

O.Kuznetsov uzun müddət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətləri tədqiq etdiyini söyləyərək, Xocalı soyqırımının Rusiya Dumasında tanınmasından ötrü Gəncə ictimaiyyətini https//www.cvhange.org saytında yaradılmış petisiyaya qoşulmağa çağırıb. Bilik Fonunun əməkdaşları petisiyada səs verməyin qaydasını izah ediblər.

Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivi çıxış edərək erməni terroru haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdığına görə O.Kuznetsova minnətdarlığını bidirərək, hamılıqla bu aksiyaya qoşulacaqlarına söz veriblər.

200 000 səsin toplanması lazım olan petisiyanın təqdimat mərasimi Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqraq Universiteti və Azərbaycan Texnologiya Universiteti ilə yanaşı Şəmkir və Mingəçevir şəhərlərində də keçiriləcək.

Səs vermədə iştirak etmək üçün https//www.cvhange.org saytına daxil olaraq axtarış yerinə “Олег Кузнецов” yazmaq lazımdır. Xocalı faciəsinin soyqırım cinayəti kimi tanınması ilə bağlı petisiyaya daxil olduqdan sonra ad, soyad, email ünvan, ölkə, şəhər və şərh yerini dolduraraq, imzalamaq düyməsinə basmaq vacibdir. Səs verdikdən sonra nəticənin şəklini çəkib, XOCALİ-PETİSİYA@MAİL.RU ünvanına göndərmək lazımdır.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir