Cümə axşamı , 2 May 2024

Dünya

“Amnesty İnternational”: Suriya hökuməti 5 ildə 13 min nəfəri edam edib

Suriya hökuməti 5 il ərzində 13 min nəfərin edam edilməsi haqqında qərar verib. APA-nın xəbərinə görə, bu barədə məlumatı CNN “Amnesty İnternational”ın hesabatına istinadən yayıb. Bildirilir ki, məxfi Saydnaya həbsxanasında həftədə iki dəfə 50-dək insan asılaraq edam edilib. Beynəlxalq təşkilatın hesabatı təhlükəsizlik qüvvələrinin əməkdaşları, məhbuslar, hakimlər və vəkillər də daxil olmaqla, ümumilikdə 84 nəfərin ifadəsi əsasında bir il ərzində aparılan …

Read More »

Milli Məclisin sektor müdirini qətlə yetirən şəxsin məhkəməsi davam edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını baltalayaraq qətlə yetirməkdə təqsirləndirilən Məzahir Qasıminin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib. Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Buna görə, iclas fevralın 11-nə təyin edilib. Qeyd edək ki, M.Qasımi həyat yoldaşı Fəridə Məcidovaya balta …

Read More »

Qubada 50 yaşlı qadın özünü yandırıb

Qubada 50 yaşlı qadın özünü yandırıb. APA-nın məlumatına görə, rayon sakini, 50 yaşlı Rəsmiyyə Ramiz qızı Məhərrəmova üzərinə benzin tökərək özünə od vurub. Nəticədə o, ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Read More »

Xarici KİV nümayəndələrinin Cocuq Mərcanlıya səfəri təşkil olunub

Bu gün Azərbaycanda akkreditə olunmuş bir qrup xarici Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin Cocuq Mərcanlıya səfəri təşkil olunub. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin APA-ya verdiyi məlumata görə, səfər prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamdan irəli gələrək Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və …

Read More »

Gürcüstanda qadınlar həqiqi hərbi xidmətə çağırıla bilər

Gürcüstan parlamentində qadınların həqiqi hərbi xidmətə çağırılmasını nəzərdə tutan qanun layihəsi qeydə alınıb. APA-nın “Kavkaz-uzel” saytına istinadən verdiyi məlumata görə, qanun layihəsinin müəllifi İrina Barbakadzedir. Layihənin məqsədi ordunun gücləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, torpaqların geri qaytarılması və ölkənin birləşdirilməsidir. Qeyd edək ki, mövcud qanunvericiliyə görə, qadınlar orduda könüllü şəkildə xidmət edə bilərlər.

Read More »

Cari ilin yanvar ayında fərdi uçot sistemində əlavə olaraq 273 nəfər əcnəbi şəxs qeydiyyata alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemi ölkəmizdə qurulmuş müasir sığorta-pensiya sisteminin mühüm komponenti kimi 2006-cı ilin əvvəlindən fəaliyyət göstərir. Ötən dövrdə sistemdə fərdi şəxsi hesabı açılan əcnəbilərin sayında müşahidə olunan mütəmadi artım dinamikası cari ildə də davam edir. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, 2017-ci ilin yanvar ayında sistemdə əlavə olaraq 273 …

Read More »

On bankın qorunan əmanətçilərinə 724 milyon 183 min manatdan artıq kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən fevralın 6-da “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 137 min manat (ümumi kompensasiya öhdəliyinin 98,3 faizi), “Zaminbank” ASC-nin əmanətçilərinə 53 milyon 389 min manat (ümumi kompensasiya öhdəliyinin 73 faizi), “Kredobank” ASC-nin əmanətçilərinə 27 milyon 770 min manat (ümumi kompensasiya öhdəliyinin 99,5 faizi) və “Dekabank” ASC-nin əmanətçilərinə isə 3 milyon 086 min manatdan (ümumi kompensasiya öhdəliyinin …

Read More »

Çanaqqaladakı təbii fəlakət bölgəsində çadır şəhərciyi qurulub

Fevralın 7-də gecə saat 5.24 dəqiqədə Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonunda Rixter cədvəli ilə 5.2 bal gücündə zəlzələ baş verib. Rəsmi məlumata görə, episentri Egey dənizində olan yeraltı təkanlar bəzi tikililərdə ciddi dağıntılar yaradıb. Çox sayda insan evsiz qalıb. Zəlzələdən təşvişə düşən əhali küçə və meydanlara axışıb. Qızıl Ay Cəmiyyəti evsiz qalan insanlar üçün çadır şəhərciyi salıb. Ətraf bölgələrdən təbii …

Read More »

Yaponiyanın “Konotori-6” kosmik yük gəmisi missiyasını başa çatdırıb

Yaponiya Kosmik Məkanın Mənimsənilməsi Agentliyinin (JAXA) yaydığı məlumata görə, “Konotori-6” yük gəmisi kosmik tullantıların məhv edilməsi ilə bağlı yeni texnologiyanı sınaqdan keçirmədən öz missiyasını başa çatdırıb. JAXA-nın rəsmi nümayəndələrinin bildirdiyinə görə, bu kosmik gəmi fevralın 6-da atmosferə qayıdaraq onun qatlarında yanıb. Dekabrın əvvəllərində yük gəmisi kosmosa Beynəlxalq Kosmik Stansiyaya (BKS) yüklərin çatdırılması məqsədilə buraxılmışdı. Yanvarın 28-də BKS-dən ayrıldıqdan sonra o, …

Read More »

Ermənilərin “Artsakın səsi” adlı musiqi qrupu İranda konsert verəcək

Ermənilərin “Artsakın səsi” adlı musiqi qrupu fevralın 8-də İranda konsert proqramı ilə çıxş edəcək. “Report” “Panorama.am”a istinadən xəbər verir ki, bunu “musiqi kollektivinin” bədii rəhbəri Lira Koçaryan bildirib. Onun sözlərinə görə, həmin kollektivin 13 üzvü var. Onların İran İslam İnqilabının 38-ci ildönümünə həsr edilən tədbirlərində iştirak edəcəyi planlaşdırılıb. 

Read More »