Şənbə , 20 Aprel 2024
Drone Cameras

Azərbaycan öz torpaqlarının işğalda qalmasına səbr göstərməyəcək

“Aprel döyüşləri prezidentimizin qətiyyətini, ordumuzun qüdrətini və milli birliyimizi bir daha dünyaya nümayiş etdirmiş oldu”.

Bunu boyukmillet.com-a Beynəlxalq Diaspor Mərkəzinin (BDM ) sədri, dr. İsmayıl Ağayev deyib.

BDM sədri bildirib ki, aprel döyüşləri zamanı Azərbaycan ordusu nəyə qadir olduğunu nümayiş etdirərək torpaqlarımızın bir hissəsini işğaldan azad etdi. “İşğalçı Ermənistan hakimiyyəti aprel döyüşlərinin yaratdığı yeni hərbi-siyasi vəziyyətdən sonra düşdüyü panika vəziyyətindən hələ də çıxa bilməyib. Məhz bu döyüşlərdən sonra həm cinayətkar Ermənistan hakimiyyəti, həm də erməni xalqı anlayır ki, işğal etdikləri Azərbaycan torpaqlarını uzun müddət əllərində saxlaya bilməyəcəklər. Bu gün Ermənistan cəmiyyəti öz hakimiyyətlərinə qarşı daha da sərt mövqe nümayiş etdirərək, onları uğursuz və perspektivsiz işğal siyasətindən geri çəkilməyə çağırır”.

İ. Ağayev onu da qeyd edib ki, “Ermənistan vətəndaşları artıq bir həqiqəti də anlamalıdırlar ki, Azərbaycan bir qarış da olsun öz torpağını nə kiməsə güzəştə gedəcək, nə də ki, torpaqlarının bundan sonra işğalda qalmasına səbr göstərəcəkdir”.

 

 

 

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir