Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

Sankt-Peterburqda metronun iki stansiyasında partlayış olub, 10 nəfər ölüb – YENİLƏNİB-2

İlkin ehtimallara görə, Sankt-Peterburqda metronun iki stansiyasında baş vermiş partlayışda 10 nəfər ölüb. 

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Layf.ru”nun məlumatında isə xəsarət alan şəxslərin sayının hazırda 30 nəfər olduğu bildirilib. Eyni zamanda, həkimlər ölən və yaralananların sayının artacağını istisna etmir.

***16:21

Sankt-Peterburqda metronun iki stansiyasında partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Belə ki, partlayış “Sennaya meydanı” və “Texnologiya İnstitutu” stansiyalarında baş verib.

Hazırda insanlar stansiyalardan təxliyə edilir, stansiyalarda tüstülənmə müşahidə olunur.

*** 16:03

Sankt-Peterburqda metro vaqonunda partlayış baş verib.

“Report” “Life.ru” portalına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, partlayış “Sennaya” stansiyasında meydana gəlib.

Şahidlərin sözlərinə görə, xəsarət alanlar var.

Güc strukturlarının əməkdaşları hadisə yerinə gediblər.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir