Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Elman Əzizov: “Türkiyədə Azərbaycan diasporunun fəaliyyətinin daha da artırılmasına ehtiyac var”

Azərbaycan haqqında geniş bilgilərin Türkiyə ictimaiyyətinə çatdırılması istiqamətində hələ çox işlər görülməlidir.

Bunu boyukmillet.com-a açıqlamasında Beynəlxalq Diaspor Mərkəzinin gənclər üzrə koordinatoru Elman Əzizov deyib.

Xeyli müddətdir Türkiyədə səfərdə olan E. Əzizov Türkiyə ictimaiyyətində ölkəmizlə bağlı, mədəniyyətimiz və tariximizlə bağlı daha geniş məlumata  ehtiyac olduğunu bildirib. O, bildirib ki, “Azərbaycan və Türkiyənin iki qardaş ölkə olduğu və köklərimizin bir olduğu hamıya bəllidir. Ölkələrimiz arasında strateji əməkdaşlıq ən yüksək səviyyədə inkişaf etməkdədir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün məsələlərdə, xüsusilə, haqq işimiz olan Qarabağın azadlığı ilə bağlı cəsarətli mövqeyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda cənab prezident İlham Əliyevin bütün beynəlxalq platformalarda qardaş Türkiyənin haqqlı mövqeyini müdafiə etməsi dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Xüsusilə 15 iyul hadisələrində Azərbaycanın ilk və kəskin surətdə dövlət çevrilişinə cəhdi pisləməsi və türk xalqı ilə həmrəylik göstərməsi Türkiyə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmaqdadır”.

E. Əzizov bütün bunları qeyd edərək, Türkiyədə Azərbaycan diasporunun fəaliyyətinin daha da artırılmasına ehtiyac olduğunu vurğulayıb.

 

boyukmillet.com

 

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir