Şənbə , 20 Aprel 2024
Drone Cameras

BSU-da aprel döyüşlərinin ildönümü qeyd olunub

Bakı Slavyan Universitetində (BSU) ötən il 2-6 aprel tarixlərində baş vermiş döyüşlərdə həlak olan şəhidlərin ildönümünə həsr edilmiş “Ordumuz Vətənimizin dayağıdır” adlı anım mərasimi keçirilib. BSU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra aprel şəhidlərinə aid slayd nümayiş olunub.
Mərasimi giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva ötən il aprel ayında baş vermiş hadisələri yaxın tariximizin həm kədərli, həm də qürurverici səhifəsi adlandırıb. O bildirib ki, həmin hadisələr Azərbaycan ordusunun vətənpərvərlik ruhunun son dərəcə yüksək olduğunu təsdiqləyib: “Biz bir daha əmin olduq ki, ordumuz Ali Baş Komandanın əmri ilə bütün torpaqlarımızı qısa müddətdə işğaldan azad etmək qüdrətindədir”.
BSU rektoru gəncləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birliyə səsləyib.
Tədbirdə çıxış edən aprel döyüşlərində həvəskar jurnalist kimi fəaliyyət göstərmiş, BSU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi, Gənc Jurnalistlər Klubunun sədri Xəyal İbrahimzadə aprel döyüşləri zamanı Azərbaycan ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsindən danışıb.
Mərasimdə Tofiq Şahmuradovun müəllifi olduğu “Döyüş gündəliyi- Talış” adlı film nümayiş etdirilib.
Qarabağ müharibəsi iştirakçısı, polis mayoru Aida Şirinova çıxışında nümayiş olunan “Döyüş gündəliyi- Talış” filmi ilə bağlı təəssüratlarını iştirakçılarla bölüşüb, aprel qələbəsini xalqımızın qəhrəmanlıq salnaməsi adlandırıb. Aida Şirinova özünün yazdığı ”Ey şəhid qardaşlarım!” şeirini səsləndirib.
Sonra universitet tələbələri vətənpərvərliklə bağlı bədii kompazisiya təqdim ediblər.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir