Cümə , 3 May 2024

Dünya

Şəhid Çingiz Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib

Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Ç.Qurbanov ötən il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən …

Read More »

“Bu qardaşların adı heç it dəftərində də olmayacaq”

Məlum olduğu kimi, Zərdüşt Əlizadə sabiq prezident mərhum Əbülfəz Elçibəy haqqında təhqiramiz ifadələr səsləndirib. Elçibəyi küçədən gəlmiş adlandırıb.  İnterpress.az xəbər verir ki, Moderator.az Zərdüşt Əlizadənin ittihamlarına Elçibəyin kürəkəni Aqil Səmədbəylinin münasibətini öyrənib: A.Səmədbəyli Zərdüşt Əlizadənin ünvanına bunları deyib:  “Bunların zatına lənət. Zatları qırıqdı. Elçi Bəyin dırnağı qədər dəyər sahibi olmayan bu nəsli qarışıqlar Bəyin qiymətini anlaya bilməzlər ki.. Fındıq qədər ağıl …

Read More »

Gömrükçülər psixotrop maddənin ölkəyə gətirilməsinin qarşısını alıblar

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları psixotrop maddənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. SİA-nın DGK-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İstanbul-Bakı aviareysi ilə gələn xanım sərnişin, Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub. Bu zaman vətəndaşın …

Read More »

Amerikalı jurnalist Putini qatil adlandırdı, Kreml qəzəbləndi

Amerikalı jurnalist Bill O’Rellinin Putin haqqında “qatil” ifadəsini işlətməsi qəbuledilməzdir. Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib. “Belə bir nüfuzlu televiziyanın bu məsələ ilə bağlı üzr istəməsəni gösləyirik”, – Rusiya rəsmisi bildirib. Qeyd edək ki, adıçəkilən jurnalist ABŞ Prezidenti Donald Trampla müsahibəsində Putini qatil adlandırmışdı.

Read More »

Səfirlik Ermənistanın “Artsaxın səsi” qrupunun İranda konsert verəcəyi ilə bağlı məsələyə münasibət bildirib

İranın Azərbaycandakı səfirliyi Ermənistanın “Artsaxın səsi” musiqi qrupunun İranda konsert verəcəyi ilə bağlı məlumata münasibət bildirib. Səfirlikdən “Report”a verilən məluamata görə, diplomatik nümayəndəlik bu məlumatı İranın Xarici İşlər Nazirliyi və Mədəniyyət və İslam Maarifləndirilməsi Nazirliyinə göndərib.“Müvafiq qurumlar bu məlumatları yoxlayacaq”, – deyə səfirlikdən bildiriblər.Qeyd edək ki, Ermənistan mətbuatı ermənilərin “Artsakın səsi” adlı musiqi qrupunun fevralın 8-də İranda konsert proqramı ilə …

Read More »

Auditorlar Palatası siyasi partiyalara müraciət edib

Azərbaycan Auditorlar Palatası bir sıra kommersiya və qeyri-kommersiya qurumlarına, o cümlədən siyasi partiyalara 2016-cı il üzrə maliyyə (mühasibat) hesabatlarının hazırlanması ilə bağlı çağırış edib.“Report”un xəbərinə görə, Palata ölkədə həyata keçirilən iqtisadi islahatların mühüm istiqaməti olan şəffaflığın artırılmasında siyasi partiyaları fəal iştirak etməyə və bu məqsədlə müstəqil auditorların xidmətlərin istifadə etməyə çağırır.Auditorlar Palatası bu istiqamətdə hər bir sorğunu cavablandırmağa və müvafiq …

Read More »

“Eurovision 2017″nin bilet qiymətləri açıqlandı

Bu il Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək “Eurovision 2017”nin biletlərinin qiyməti açıqlanıb. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, qiymətlər 20-100 avro arasında dəyişir. Lakin müsabiqənin VİP qonaqları üçün satılacaq biletlər isə 200 avro olacaq.  Biletlərin gələn həftədən satışa çıxarılacağı bildirilir. Kiyev bu ilki yarışmaya 20 min qonağın gələcəyini gözləyir. Xatırladaq ki, “Eurovision 2017″nin ilk yarımfinalı mayın 9-da, ikinci yarımfinalı mayın 11-də keçiriləcək. Final isə mayın 13-də baş …

Read More »

İtaliyada Xocalı qurbanları anılıb

Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar İtaliyanın Milan Provinsiyasının Busto Garolfo şəhərində yerli ictimaiyyətin iştirakı ilə anım gecəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, Comunanın binasının böyük konfrans zalında baş tutan tədbirin təşkilatçıları Azərbaycanın İtaliyadakı Səfirliyi, Busto Garolfo şəhər bələdiyyəsi, Orizon Akademiyası və İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasıdır. Anım gecəsində Azərbaycan Səfirliyinin Birinci katibi Erkin Heydərli qonaqları salamlayaraq onlara, xüsusilə də Milan Provinsiyası …

Read More »

Telman İsmayılov: “AST” şirkətlər qrupu artıq mövcud deyil”

” Azərbaycanlılar bir liderin ətrafında birləşməlidirlər və bütün işlərində ona dəstək olmalıdırlar” Azərbaycanlı iş adamı Telman İsmayılovla müsahibə Türkiyədə, “Planet Parni iz Baku” teatrının bədii rəhbəri Tahir İmanovun vasitəçiliyi ilə baş tutdu. Telman İsmayılov bizi qonaqpərvərlilik və səmimiyyətlə qarşıladı. Müsahibə ərzində iş adamı bütün suallarımıza cavab verdi, müsahibədən kənar xeyli informativ və səmimi söhbətimiz oldu. Beləliklə, iş adamı Telman İsmayılovun …

Read More »

Yusif Səfərov küçəsi bir neçə zolaq genişləndirilir

Yusif Səfərov küçəsi bir-neçə hərəkət zolağı enində genişləndirilir. “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə küçənin 28 may küçəsi ilə kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsində yol ayrıcında söküntü işləri aparılır. Həmin hissədə yolun hər iki istiqamət üzrə 3 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilməsi nəzərdə tutulub. Genişləndirmə işləri sözügedən ərazidə xüsusən günün pik …

Read More »