V.Zeynalov adına 3№-li tam orta məktəbdə məktəblilərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, dünyagörüşünün formalaşdırılması məqsədilə aprel döyüşlərində qəhrəmancasına şəhid olan leytenant Qabil Orucəliyevə həsr olunmuş “Səni Vətən çağırır” adlı sənədli film nümayiş olunub.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, sənədli filmdə qəhrəmanın ailə üzvlərinin xatirələri, təəssüratları lentə alınıb. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 20-dən çox şagird iştirak edib.
Boyukmillet.com Biz yanmasaq vətən yanar