Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Samir Adıgözəllidən Araz Əlizadəyə tutarlı cavab

“21 il işsiz olduğunu bildirirsən. Belə çıxır ki, bu illər ərzində ən böyük avaraçılığı sən özün etmisən”

“Azərbaycanlıyam adı altında maskalanmış hind-avropa irqinin qarışığından törənən Araz Əlizadəyə kiçik xatırlatma. Bil və agah ol ki, Azərbaycan türklüyünü və milli dəyərlərimizi hədəf almağın bundan belə heç bir nəticə verməyəcək”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri DAK İcra Aparatının rəhbəri Samir Adıgözəlli səsləndirib. O, millət vəkili Araz Əlizadəyə xitabən qeyd edib ki, sən və sənin dədə-baban ömür boyu rus xüsusi xidmət orqanlarına xidmət edib və bu gün də KQB təbliğatını həyata keçirirsiniz: “Tarixi həqiqətlərə kor baxa-baxa Nuru Paşa və Türk ordusu haqqında təhqirlərin sənin ağababalarının köhnə niyyətləridir. Bu gün artıq Azərbaycan cəmiyyətini təkrarlanmış şər düşüncələrinizlə zəhərləyə bilməyəcəksiniz. Çox yaxşı bilirsən ki, bu millət sən və səninkimilərin xəyanətlərini unutmamış və unutmayacaq. Özünü sosial demokrat kimi təqdim edirsən və eyni zamanda facebook sosial şəbəkəsində olan yüzminlərlə insanı işsiz, avara adlandırırsan. Işsiz adlandırdığın o vətəndaşların hüquqlarını müdafiə etmək bir sosial demokrat kimi sənin borcundur. Amma çox təəssüf ki, sosial demokrat anlayışını da sərsəm müsahibənlə bir daha darmadağın etdin. 21 il işsiz olduğunu bildirirsən. Belə çıxır ki, bu illər ərzində ən böyük avaraçılığı sən özün etmisən. Amma bizə məlumdur ki, sən bütün bu illərini Azərbaycan dövlətçiliyinə qarşı xəyanətlə keçirirsən”.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir