Cümə , 26 Aprel 2024
Drone Cameras

Reks Tillerson dünya siyasətinin yeni fenomeninə çevrilir

Keçmiş neft baronu yeni administrasiyada Trampdan sonra ən güclü şəxs hesab olunur

ABŞ dövlət katibi Reks Tillerson superdövlətin xarici siyasətinin başında, “ləng start”a rəğmən getdikcə qlobal arenada ciddi nüfuz qazanmağa nail olub.

Diplomatik sahədə atdığı addımlar onu prezident Donald Trampın əsas adamına çevriməsinə, yüksək etimad qazanmasına gətirib çıxarıb.

ABŞ-ın nüfuzlu Politico.com saytının verdiyi məlumata görə, dövlət katibinin Moskva ziyarəti zamanı keçirdiyi mətbuat konfransını izləyən Tramp ona şəxsən zəng edərək əldə etdiyi nəticələri yüksək qiymətləndirdiyini və danışıqlarda yüksək əminlik nümayiş etdirdiyini vurğulayıb.

Xatırladaq ki, Tramp həmin mətbuat konfransında çəkinmədən Bəşər Əsədin sonunun gəlib çatdığını bildirmiş və Moskvanın bu reallığı dərk etməsi üçün Əsədə kömək etməyə çağırmışdı. Bundan başqa, yeni dövlət katibi Suriya ordusunun kimyəvi hücumları ilə bağlı yeni təhqiqat komissiyasının qurulması ilə bağlı qarşı tərəfi razı sala bilmişdi.
Siyasi ekspertlər Reks Tillersonu Donald Trampın ən uğurlu kadrı hesab edirlər.

Qeyd edək ki, Tillersonun namizədliyi ilk dəfə noyabr ayında keçmiş dövlət katibi Kondoliza Rays tərəfindən məsləhət görülüb. Trampın ən yaxınındakı isim hesab edilən kürəkəni Cared Kuşnerin də bu təyinatda ciddi rol oynadığı bildirilir. Hər halda, “Trinozavr Reks” ləqəbli bu adam Mərkəzi Kəşfiyyat İdarəsinin sabir direktoru, general Devid Patreus və keçmiş qubernator Mitt Romni kimi mətbuatda adı hallanan nüfuzlu siyasətçilərdən daha üstün tutulub.

Tillersonun ilk günlərində ABŞ mətbuatı ona olduqca soyuq yanaşıb. Jurnalistlər və siyasi ekspertlər onu bir çox məsələlərə olduqca gec reaksiya verməkdə və siyasi fəaliyyətdə ləng davranmaqda günahlandırıblar. Bu səbəbdən ABŞ xarici siyasətinin əslində Trampın kürəkəni Cared Kuşnerin əlində olduğu xəbərləri dolaşırdı.

Lakin dövlət katibi dünya iqtisadiyyatının yönünü müəyyən edən şirkətlərdən biri sayılan Exxon Mobile-ın başında təsadüfən dayanmadığını göstərib və administrasiyanın Suriya, Rusiya və Çinlə bağlı strategiyasının müəyyən edilməsində bütün ipləri öz əlinə ala bilib”, – politico.com qeyd edir.

Bu səbəbdəndir ki, 84 günlük prezidentlik dönəmində Trampın ən çox görüşdüyü dövlət adamı məhz Reks Tillerson hesab olunur. Bunu dövlət başçısının rəsmi qəbul qeydiyyatından da görmək olar.

Yalnız mart ayı ərzində Tillerson rəsmi şəkildə 8 dəfə Ağ Evin rəhbəri ilə şəxsən görüşüb. Müqayisə üçün Trampın şəxsi kadrlarından biri sayılan, ölkənin maliyyə siyasətinə rəhbərliyi həyata keçirən və trilyonlarla ölçülən büdcəyə cavabdeh şəxs hesab edilən maliyyə naziri Stiven Mnuçini prezident cəmi 3 dəfə qəbul edib.

Siyasi ekspert, mühafizəkar siyasətçi Eliott Adams qeyd edib ki, dövlət katibi Reks Tillerson, müdafizə naziri Ceyms Mettis və milli təhlükəsizlik məsələləri üzrə müşavir Herbert Makmaster prezidentin qəbul etdiyi qərarlara birbaşa təsir edən qüdrətli üçbucaq qurublar. Onun fikrincə, bu üçlüyün sayəsində Suriyaya yönəlik raket zərbələri və Şimali Koreya həmləsi ilə hərbi və siyasi anlamda böyük müvəffəqiyyət əldə edilib.

Ağ Evə yaxınlığı ilə bilinən Eliott Adams Tillersonun ilk 100 günlüyünün finalının möhtəşəm olduğunu söyləyir.

“Tramp biznes adamıdır. O, hadisələr haqqında rüblük qiymət verməyi xoşlayır. Suriyaya edilən hərbi zərbələr ABŞ dövlət katibinin hesabat dövrü üçün əla sonluq oldu”, – Adams qeyd edib.

Musavat.com

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir