Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

“Vətənpərvərliyin təbliğində aprel döyüşləri” layihəsi çərçivəsində tələbələrlə görüş keçirildi – Fotolar

“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QeyriHökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətənpərvərliyin təbliğində aprel döyüşləri” adlı layihəsinin ilk tədbirini Anadolu Dövlət Universiteti Azərbaycan Proqramlarının tələbələri ilə keçirdi.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Gülsəba Ələsgərova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Novruz Rəhimov, şəhid Əbdülməcidin, Şulanın, Əlizamanın, Fəxrəddinin, Mahirin, Eminin valideynləri, şəhid bacısı Sədaqət Fərzəliyeva, aprel döyüşlərinin iştirakçısı Kamil Musəvi, Qarabağ müharibəsi veteranı Sahil Həsənov, QHT sədri Bəsti Nəsibova, Büllur Cavadqızı, tələbələr, mətbuat nümayəndələri iştirak edirdi. 

Tədbiri Anadolu Dövlət Universitetinin Azərbaycan üzrə koordinatoru Azər Hətəmov açdı. O, təklif etdi ki, şəhidlər bir dəqiqəlik sükutla yad edilsin. İctimai Birliyə minnətdarlıq bildirdi ki, aprel qələbəsinə həsr olunmuş bu tədbiri məhz Anadolu Universitetində keçirir. O qeyd etdi ki, bu tədbir yəqin ki, tələbələrin yaddaşında uzun müddət qalacaq. Azərbaycan Respublikasınının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına da minnətdarlıq bildirilməlidi ki, vətənpərvərliyin gücləndirilməsi üçün məhz belə layihələri maliyyələşdirir. 

Söz İctimai Birliyin sədri, layihənin rəhbəri Mətanət Əsgərqızına verildi. O, layihəyə ictimai birliyin töhfəsi olan aprel şəhidlərinə həsr olunmuş tanıtım çarxına baxmağı təklif etdi. İctimai Birlik sədri qeyd etdi ki, aprel qələbəsinin qəhrəmanları çoxdu.Vətən yolunda canlarından keçən şəhidlər bir evin yox, həm də bir elin övladıdı. Ona görədə bu qəhrəmanlar təbliğ olunmalıdı. 

Mətanət Əsgərqızı qeyd etdi ki, layihə 3 ay müddətinə icra olunacaq. Layihənin məqsədi Aprel döyüşlərində həlak olan Bakı, Mingəşevir şəhərlərindən,Tərtər, Şəmkir rayonlarından olan şəhidlərin ailələrinin problemlərinin həllində köməkllik etmək, onların mübarizə yolunun örnək olduğunu gənclərə nümunə göstərməkdir.Yeniyetmələrin, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi və onlara mənəvi dayaq durmaq, əsgərlərimizin vətənə, dövlətə, torpağa bağlılıq hisslərini artırmaq üçün o ailələrlə görüşlərin təşkilidir. 

Vətəndaşlarımız arasında şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına dövlətin qayğısının ictimai rəydə yüksəldilməsinə nail olmaqdır. Çıxış edən Azərbaycan Respublikasınının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınınnümayəndəsi Gülsəba Ələsgərova , Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Novruz Rəhimov, şəhid Əbdülməcidin,Şulanın,Əlizamanın, Fəxrəddinin, Mahirin, Eminin valideynləri, şəhid bacısı Sədaqət Fərzəliyeva, aprel döyüşlərinin iştirakçısı Kamil Musəvi belə tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsində böyük rol oynadığını, ryh yüksəkliyi yaratdığını qeyd etdilər. Layihəyə uğurlar dilədilər.

 Şəhid ailələri onların doğmaları yad edildiyi üçün minnətdarlıq bildirdilər. Aprel döyüşlərinin, qəhrəmanlarının tanıdılması üçün belə layihələrin vacibliyini qeyd etdilər.

Sonra İctimai Birliyin sədri Mətanət Əsgərqızı İctimai Birliyin rayon təşkilatlarının sədrləri Sahil Həsənova və Fərhad Əliyevə vəsiqələr təqdim etdi. O, Anadolu Dövlət Universitetinin Azərbaycan üzrə koordinatoru Azər Hətəmova və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Novruz Rəhimova bu layihələrin icrasına dəstək olduqlarına görə minnətdarlıq bildirdi. 

Layihə rəhbəri qeyd etdi ki, hər zaman İctimai Birliyin müraciətlərinə istər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, istərsədə Anadolu Dövlət Universitetinin Azərbaycan üzrə koordinatorluğu qayğı və diqqətlə yanaşıblar. Sonda aprel döyüşlərinin qəhrəmanlarına həsr olunmuş filmə baxış oldu.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir