Cümə , 29 Mart 2024
Drone Cameras

Şamaxıda son antik-erkən orta əsrlər dövrünə aid qəbirlər aşkarlanıb

Şamaxının Dəmirçi kəndi ərazisində rayon mərkəzindən 35 kilometr məsafədə, dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerli əhali arasında Gəgəli yaylağı adı ilə tanınan ərazidə son antik-erkən orta əsrlər dövrünə aid nekropol (qəbirlər) aşkar olunub. AMEA-dan Trend-ə verilən məlumata görə, nekropolun ərazisi təxminən 3 hektara yaxın sahəni əhatə edir.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası tərəfindən ərazidə aparılan tədqiqatlar zamanı yer səthindən təqribən 50-80 santimetr dərinlikdə 30-dək daş qutu qəbir qeydə alınıb. Tədqiqat zamanı arxeoloqlar tərəfindən 28 qəbir açılıb, onlardan 18-i təmizlənərək öyrənilib. Daş qutu qəbirlərdə alban dövrünə aid kifayət qədər zəngin və çeşidli maddi-mədəniyyət nümunələri tapılıb.

Nekropolun eramızın III-IV əsrlərinə aid olduğu güman edilir.

Dəmirçi nekropolunda və ətraf ərazidə arxeoloji tədqiqatların daha geniş miqyasda davam etdirilməsi nəzərdə tutulur.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir