Çərşənbə axşamı , 21 May 2024

Dünya

Varşava Türkiyədə referendumun nəticələrinə münasibətini bildirib

Polşa Xarici İşlər Nazirliyi məlumat verib ki, Varşava bazar günü Türkiyədə keçirilən referendumun nəticələrini nəzərə alıb və bu nəticələrin rəsmi surətdə təsdiq olunmasını gözləyir. Polşa XİN qeyd edir ki, Türkiyə Polşa üçün NATO üzrə və bütün təhlükəsizlik strukturunda strateji tərəfdaş olaraq qalır. XİN-in məlumatında deyilir: “Ənənəvi yaxşı ikitərəfli münasibətlərimizin daha da inkişaf edəcəyini, habelə Avropa İttifaqı ilə münasibətlərin möhkəmlənəcəyini gözləyirik”. …

Read More »

Azərbaycan idmançıları Braziliya ciu-citsusu üzrə dünya çempionatında iki medal qazanıblar

Abu-Dabidə Braziliya ciu-citsusu üzrə dünya çempionatı keçirilir. Mundialda 100 ölkədən 7 minədək idmançı birincilik uğrunda mübarizə aparır. Azərbaycan Ciu-Citsu Milli Federasiyasının birinci vitse-prezidenti Rəsul Məmmədov AZƏRTAC-a bildirib ki, yarışda ölkəmizi 4 idmançı təmsil edib. Böyüklərin yarışında 94 kiloqram çəki dərəcəsində çıxış edən Azər Bəydullayev dünya çempionatının bürünc medalına sahib olub. 12-13 yaşlı idmançıların mübarizəsində isə milli komandamızın üzvü Xəqani Mürsəlov (41 …

Read More »

Gömrük orqanına bəyan edilməyən telefonlar aşkar edilib

Gömrük orqanına bəyan edilməyən telefonlar aşkar edilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsindəki sərnişinin çantasından gömrük orqanına bəyan edilməyən 3 ədəd “Samsung Galaxy J1”, 4 ədəd “Samsung Galaxy …

Read More »

Rayonların İnvestisiya Reytinqi elan edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilk dəfə olaraq Azərbaycan Respublikasının inzibati rayonları üzrə 2017-ci ilin İnvestisiya Reytinqini təqdim edib. Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, reytinqin tərtib edilməsinin əsas məqsədi iqtisadi rayonların xüsusi iqtisadi konyunkturunu və ümumi inkişaf səviyyəsini nəzərə alaraq, ixtisaslaşma sahələrinin müəyyən edilməsi, regionların iqtisadi fəaliyyət nəticələri və rəqabətqabiliyyətli sahələrinin müəyyən edilməsi, zaman sırası və sahələrarası təhlilinin aparılması, regionların rəqabətqabiliyyətinin …

Read More »

Qala divarlarına aid tikintinin aparılması barədə yayılmış məlumat və fotoşəkillərə aydınlıq gətirilib

Son iki gün ərzində bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Qala divarlarına aid tikintinin aparılması barədə yayılmış məlumat və fotoşəkillərə aydınlıq gətirmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” DTMQ İdarəsi məlumat yayıb. Bu barədə AZƏRTAC-a idarənin mətbuat xidmətindən məlumat verilib. İdarə ictimaiyyətin nəzərinə çatdırır ki, dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub saxlanılması, …

Read More »

Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Belçikaya səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfər çərçivəsində səmərəli görüşlər keçirildiyini və müzakirələr aparıldığını qeyd etdi. Səfər zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə start verildiyini deyən dövlətimizin başçısı həmin sazişin əməkdaşlığımızın …

Read More »

Vüsal Kərimli: “1100 piyada keçidindən 398-i standartlara uyğun yerləşdirilməyib” – MÜSAHİBƏ

“Bəzi qurumlar özbaşına piyada keçidləri və ya hansısa zolaqlar çəkirlər, bu da tıxaclara səbəb olur” Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimlinin “APA-Economics”ə müsahibəsi: – Vüsal müəllim, Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başlayanda paytaxtın nəqliyyat sektorunda problemlər N qədər idi. Siz quruma rəhbərlik etməyə başladıqdan sonra ilk olaraq hansı problemi həll etməyə çalışdınız? Bundan başqa, bu günə ümumi problemlərin neçə faizi …

Read More »

Deputatların etik davranışı ilə bağlı qanun layihəsi MM-də müzakirəyə çıxarılır

“Azərbaycan Respublikası Milli Məclisinin deputatının etik davranışı haqqında” yeni qanun layihəsi sabah parlamentdə müzakirəyə çıxarılır. APA-nın məlumatına görə, layihə parlamentin İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin birgə iclasında müzakirə olunacaq. Qanun layihəsində deputatların etik davranışlarının tənzimlənməsi ilə bağlı müddəalar əksini tapıb.

Read More »

Neymar: “Futbolla nə vaxt vidalaşacağımı bilmirəm” – MÜSAHİBƏ

“Barselona” klubunun və Braziliya milli komandasının futbolçusu Neymar “Neymar Jr’s Five” turnirinin mətbuat xidmətinin suallarını cavablandırıb.  – Siz Braziliya milli komandasının hesabına 50 qol yazmısınız və bu göstəricidə yalnız Romario, Ronaldo və Peledən geri qalırsınız. Pelenin 77 qolluq göstəricisini keçmək sizin üçün hansı əhəmiyyəti kəsb edir? – Bu, mənim üçün böyük şərəf olar. Pelenin rekordunu keçmək mənim arzumdur. Braziliya yığmasında oynamaq, qollar vurmaq …

Read More »

Daşkənddə azərbaycanlı şairin barelyefinin açılışı olub

Özbəkistanda yaşamış tanınmış azərbaycanlı şair, bu ölkənin Yazıçılar Birliyinin üzvü olmuş İxtiyar Rzanın Daşkənd şəhərində yaşadığı evin üzərinə onun xatirə löhvəsi vurulub. Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən “Report”a verilən məlumata görə, mərkəzin layihəsi əsasında hazırlanan lövhənin açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən mərkəzinin direktoru Samir Abbasov Özbəkistanın ictimai-mədəni həyatında azərbaycanlıların daim aktiv olduğunu və onların …

Read More »