Bazar , 20 İyul 2025
Drone Cameras

Azərbaycanda uşaq verilişlərinin reklamla kəsilməsi qadağan edilir

Azərbaycanda uşaqlar üçün verilişlərin reklamla kəsilməsi qadağan edilir.

Trend-in məlumatına görə, bununla bağlı “Uşaq hüquqları haqqında” qanuna yeni əlavələr təklif edilir.

Qanuna əlavələrin edilməsini nəzərdə tutan layihəyə görə, alkoqollu içkilərdən istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) alkoqollu içkilərin reklamı ilə kəsilməsi qadağandır.

Əlavəyə əsasən, dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərində, albomda reklam yerləşdirilə bilməz.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Check Also

TRT-nin Güney Azərbaycana yalnışı

Bu gün Türkiyənin rəsmi dövlət kanalı olan TRT Güney Azərbaycanın qədim və böyük şəhərlərindən biri …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir