Bazar , 11 Yanvar 2026

Dünya

Düşmənin Siyəzənə atdığı raketlərin qalıqları dənizə düşdü

Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Siyəzən rayonu istiqamətində 3 ballistik raket atılıb. Boyukmillet.com-un məlumatına görə, Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən havada zərərsizləşdirilən raketlərin qalıqları Xəzər dənizinə düşüb. Hazırda Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları ərazini mühafizə edirlər. Ərazidən fotoları təqdim edirik. Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən …

Read More »

Naxçıvan istiqamətində uçan Ermənistan PUA-sı məhv edildi

Oktyabrın 22-də səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Read More »

Dövlət başçısı: “Füzuli şəhərində bir salamat bina tapa bilmədik ki, orada Azərbaycan bayrağını qaldıraq”

“Sizin bu gün Azərbaycanda olmağınızın çox böyük mənası var. Bildiyiniz kimi, qardaş Türkiyə ilk saatlardan bizə öz dəstəyini göstərmişdir. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan, mənim əziz qardaşım ilk saatlardan bildirmişdir ki, Türkiyə Azərbaycanın yanındadır. Türkiyənin digər yüksək vəzifəli şəxsləri də buna oxşar bəyanatlar vermişlər. Türkiyə xalqı bizə öz dəstəyini göstərir. Türkiyə mətbuatında bu münaqişə geniş işıqlandırılır. Azərbaycanın haqq işi Türkiyə …

Read More »

Ermənistan Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alıb, yaralanan var

Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə elan olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri raket və ağır artilleriya zərbələrinə məruz qoymaqda davam edir. Baş Prokurorluqdan verilən məlumata görə, 22 oktyabr 2020-ci il tarixdə səhər saatlarından başlayaraq Ermənistan …

Read More »

Vitse-prezidentdən açıqlama: Azərbaycan istəsə, Türkiyə ordu göndərməyə hazırdır

Azərbaycandan əsgər tələbi gələrsə, Türkiyə tərəddüd etməz.Bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay deyib. Qatıldığı televiziya proqramında Azərbaycanın Dağlıq Qarabağdakı əməliyyatları haqqında danışan Oktay iki ölkə arasında hərbi əməkdaşlıq sazişləri bağlandığını xatırladıb: “Türkiyə ilə Azərbaycan arasında, onsuz da, hərbi əməkdaşlıq razılaşmaları mövcuddur. Ehtiyac və Azərbaycanın belə bir dəvəti olarsa, Türkiyə bunu açıq şəkildə həyata keçirə bilər. Bununla bağlı konkret qərarımızı prezidentimiz də …

Read More »

Pakistanın Azərbaycandakı səfiri Kəşmirdən yazdı

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee “Dünyadakı kəşmirlilər niyə 27 Oktyabrı Qara Gün kimi qeyd edirlər?” adlı məqalə yazıb. Boyukmilet.com həmin məqaləni təqdim edir: Azadlıq və Hürriyyət, ləyaqətli həyata inanan bütün böyük millətlərin və xalqların arzuladığı ali ideallardır. Haqlı olaraq deyilir ki, azadlıq verilmir, ona nail olmaq, əldə etmək tələb olunur. Azərbaycan xalqı bu konsepsiya ilə tanışdır və haqlı olaraq 1990-cı illərdə …

Read More »

Azərbaycan “İti qovan” PUA-larının seriyalı istehsalına başladı

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələri Azərbaycan Ordusunu silah və sursatla fasiləsiz iş rejimində təmin edir. Boyukmillet.com  xəbər verir ki, nazirliyin mütəxəssisləri hərbçilərlə birlikdə yeni tipli silah və döyüş sursatlarının real döyüş şəraitində sınaqlarını keçirirlər. Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə …

Read More »

İlham Əliyev: “Azərbaycan ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsini və 13 kəndini işğaldan azad edib”

“Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirib.

Read More »

Daha bir neçə yaşayış məntəqəsi işğaldan azad edilib

“Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirib.

Read More »

Paşinyan Azərbaycanla sülh danışıqlarından imtina etdi

Hazırda Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan feysbuk səhifəsindəki canlı yayımda bildirib. “Biz aydın şəkildə başa düşməliyik ki, Qarabağ məsələsinin, ən azı bu mərhələdə, bu mərhələdən başlayaraq, diplomatik həll yolu yoxdur”, – Paşinyan deyib. Onun sözlərinə görə, erməni xalqı yalnız əlinə silah almaqla münaqişənin məqbul həllinə nail ola biləcək.

Read More »