Bazar , 7 Dekabr 2025

Ekologiya

Ovçuluq təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs cəzalandırılıb

Ovçuluq təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs cəzalandırılıb. Boyukmillet.com xəbər verir ki, Mahmudçala Ovçuluq Təsərrüfatında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı ərazidə qanunsuz ov edən şəxs saxlanılıb. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, araşdırma zamanı brakonyerin Biləsuvar rayon sakini Bəhruz Əhmədov olduğu müəyyən edilib və barəsində qanunamüvafiq tədbir görülüb.

Read More »

Sabahın hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. …

Read More »

İşğal dövründə yataqların qanunsuz istismarı ilə məşğul olan xarici şirkətlərin adları açıqlanıb

İşğal dövründə Azərbaycanın “Söyüdlü”, “Vejnəli”, “Dəmirli” və “Qızılbulaq” yataqlarının qanunsuz istismarı ilə məşğul olan xarici şirkətlərin adları açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistlər üçün keçirilən brifinqdə danışıb. O bildirib ki, sözügedən şirkətlər aşağıdakılardır: “Kanadanın “Sterlite Gold” LTD və “First Dynesty Mines”; İsveçrənin “Base Metals”, “Vallex Group”; Rusiyanın “Geopro Mayninq Gold …

Read More »

Gələn həftə hava şəraiti sabit keçəcək, temperatur yüksələcək – PROQNOZ

Gələn həftə ərzində ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək, lakin bəzi şərq rayonlarında və Abşeron yarımadasında səhər saatlarında duman, çiskin olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələrək iqlim normasına yaxınlaşacaq. Gündüz saatlarında Bakıda və Abşeron yarımadasında 5-7° isti, dağlıq rayonlarda 0-5° şaxta, aran rayonlarında 5-8°isti olacaq.

Read More »

Hacınöhür çölündə yeni milli parkın yaradılması nəzərdə tutulub

Hacınöhür çölündə yeni milli parkın yaradılması nəzərdə tutulub. Boyukmillet.com xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib. Xidmət rəisi bildirib ki, hazırda nazirlik daxilində sənədlər toplanılır və aidiyyəti orqanlara təqdim olunması planlaşdırılır.

Read More »

Azərbaycanda müşahidə olunan faktiki və gözlənilən hava açıqlanıb

Azərbaycanda müşahidə olunan faktiki və gözlənilən hava açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.Onun sözlərinə görə, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yanvarın 12-si səhərədək ölkə ərazisində yağıntılı və qarlı hava şəraiti davam edib, bəzi rayonlarda intensiv olub. Direktor bildirib ki, qar örtüyünün hündürlüyü hazırda Lerikdə 35, Altıağacda 32, Xaçmazda 24, Quba, Şamaxı, Xaltanda …

Read More »

Qarlı hava şəraiti sabah da davam edəcək, yollar buz bağlayacaq

Azərbaycanda qarlı hava şəraiti sabah da davam edəcək, yollar buz bağlayacaq. Boyukmillet.com xəbər verir ki, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi 778 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% …

Read More »

Şuşa, Kəlbəcər və Laçında qarlı hava şəraiti davam edəcək

Bu gün, yanvarın 8-də Şuşa, Kəlbəcər və Laçında qarın yağmasının davam edəcəyi, arabir duman olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev “Report”a bildirib ki, hazırda şərq küləyi əsir, küləyin sürəti 3-8 m/s-dir. Havanın temperaturu 3-6 dərəcə şaxta təşkil edəcək.

Read More »

Güclü külək əsəcək, çovğun olacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 8-dən başlayaraq 12-dək hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Boyukmillet.com xəbər verir ki, külək şimal-şərq küləyi 7-si axşamdan 10-u gündüzədək arabir güclənəcək. 8-i gündüzdən 10-u gündüzədək arabir çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq. Yanvarın 8-i axşamdan 12-dək yolların …

Read More »

Hava şəraiti yanvarın 12-dək qeyri-sabit keçəcək, Bakıda qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən nisbətən mülayim hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraitinin dəyişəcəyi haqqında yaydığı xəbərdarlıqda bildirilib. Şimal-şərq küləyi ayın 7-si axşamdan 9-u gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu: ötən günlərlə müqayisədə …

Read More »