Cümə axşamı , 9 May 2024
Drone Cameras

Hacıqabulda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Hacıqabul rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Boyukmillet.com xəbər verir ki, aksiya zamanı Hacıqabul-Muğan avtomobil yolunun sağ və sol hissəsində, avtomobil yolu boyunca 250 şam və 250 sərv ağacı əkilib.

Aksiyada yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.

Əsas məqsəd ərazinin ekoloji tarazlığının bərpası, mövcud torpaq qatının münbitləşdirməsinə töhfə verməklə insanlar arasında ekoloji mədəniyyət hissinin təbliğ edilməsindən ibarətdir.

Qeyd edək ki, aksiyada Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri və könüllüləri, idarə, müəssisə, eləcə də rayon sakinləri iştirak ediblər.

Check Also

Azərbaycanda dövlət şirkətinin adı dəyişdirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Təhlükəli Tullantılar” MMC-nin adı “Tullantıları İdarəetmə Mərkəzi”nə dəyişdirilib. Boyukmillet.com …