Cümə , 17 May 2024
Drone Cameras

“Heydər Əliyev İli” çərçivəsində Qazaxda ağacəkmə aksiyası keçirilib

Qazax rayonunda “Heydər Əliyev İli” münasibəti ilə ağacəkmə aksiyası keçirilib.

Boyukmillet.com xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyasında Qazax Rayon İcra Hakimiyyətinin, YAP Qazax Rayon Təşkilatının, gənc könüllülər və KİV nümayəndələri iştirak ediblər.

Qazax rayonunun Xanlıqlar kəndi ərazisində yol kənarında keçirilən aksiyada 300 ədəd eldar şamı, 250 ədəd sərv, 150 ədəd tuya, 100 ədəd çinar, 100 ədəd ərik və 100 ədəd badam ağacı olmaqla 1000 ədəd ağac əkilib.

Aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.

Qeyd edək ki, ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Check Also

Azərbaycanda dövlət şirkətinin adı dəyişdirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Təhlükəli Tullantılar” MMC-nin adı “Tullantıları İdarəetmə Mərkəzi”nə dəyişdirilib. Boyukmillet.com …