Haliç Konqress Mərkəzində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Erdoğanın da iştirakıyla TİM-in Ümumi Yığıncağı və İxracat Çempionlarının mükafatlandırılması mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, bu il ixracat rəqəmləri üzrə Türkiyənin ən qabaqcıl 1000 şirkəti arasından ilk 10 sıraya daxil olan şirkətlər təltif edilib. SOCAR Türkiyənin qrup şirkətlərindən olan “SOCAR” Petrol Ticareti şirkəti də bu il ilk 10-luğa daxil olaraq …
Read More »Azərbaycan neftinin qiyməti 79 dollara yaxınlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 1,02 % artaraq 78,58 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçersləri 76,61 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin …
Read More »Azərbaycan neftinin qiyməti 75 dollara düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,33 ABŞ dolları, yaxud 4,24 % azalaraq 75,10 ABŞ dolları təşkil edib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçersləri 72,33 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda …
Read More »Prezident İlham Əliyevin tapşırığı ilə SOCAR Ukraynaya 20 ton yanacaq verib
Dövlət Neft Şirkəti (SOCAR) Ukraynaya 20 ton yanacaq verib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə SOCAR məlumat yayıb. Məlumata görə, Ukrayna tərəfinin müraciəti nəzərə alınaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən, müvafiq humanitar yardım məqsədilə SOCAR Ukraynanı 20 ton yanacaqla təmin edib.
Read More »Slovakiya XİN: “Azərbaycan təbii qazının Avropa bazarlarına tədarükünü dəstəkləyirik”
“Slovakiya Azərbaycan təbii qazının Avropa bazarlarına tədarükünü dəstəkləyir”. Bu barədə Slovakiya Xarici İşlər Nazirliyindən bildirilib. “Azərbaycan vacib təbii qaz istehsalçısı və digər Xəzəryanı ölkələrdən hasil edilən təbii qaz üçün potensial tranzit ölkə kimi qəbul edilir. Cənub Qaz Dəhlizi Avropa İttifaqının prioritet enerji layihələrindən biridir və təbii qazın Slovakiyaya tədarükü üçün bu sahədə əməkdaşlığın qurulması yollarını nəzərdən keçiririk”, – XİN-in bəyanatında …
Read More »Azərbaycan bu ilin sonundan Macarıstana təbii qaz ixracına başlayır
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Macarıstanın “MVM Group” şirkətinin baş icraçı direktoru Karoli Matrai ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi vurğulanıb. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın strateji rolundan bəhs edilib, bu xüsusda Cənub Qaz Dəhlizinin genişləndirilməsinin əhəmiyyətindən …
Read More »Azərbaycanda hasil edilən neftin 74 %-i Bakı-Tbilisi-Ceyhan kəmərilə dünya bazarlarına nəql edilib
İndiyənədək Azərbaycanda hasil edilən 654 milyon ton neftin 484 milyon tonu Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə dünya bazarlarına çıxarılıb. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakı Enerji Forumunun ikinci günündə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənilməsinə başlandığından 2023-cü ilin may ayının 1-nə qədər 573 milyon ton neft hasil edilib. “İndiyə …
Read More »“Total”: “Yaxın həftələrdə “Abşeron” yatağından ilk qaz çıxarılacaq”
Yaxın həftələrdə Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağından ilk qaz çıxarılacaq. Boyukmillet.com xəbər verir ki, bunu “Total Enegy Avropa”nın birinci vitse-prezidenti Jan Lyuk Qizyu bu gün işinə başlayan Bakı Enerji Həftəsində çıxışı zamanı deyib.Onun sözlərinə görə, Azərbaycan Avropanın qaz təchizatında mühüm rol oynayır.Xatırladaq ki, yataqdan ilkin mərhələdə illik təxminən 1,5 milyard kubmetr, gələcəkdə isə 5 milyard kubmetr qaz hasilatı …
Read More »Qordon Birrel: “BP Azərbaycanda yeni əhəmiyyətli qaz ehtiyatlarının aşkar olunmasını gözləyir”
BP şirkəti Azərbaycanda yeni əhəmiyyətli qaz ehtiyatlarının aşkar olunmasını gözləyir. Boyukmillet-com-un məlumatına görə, bunu BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel bu gün işinə başlayan Bakı Enerji Forumunun birinci günündə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, hazırda Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun hasilatda olan laylarının altında yerləşən dərin qatlardakı qaz ehtiyatlarının qiymətləndirilməsi aparılır. Q. Birrel …
Read More »Azərbaycan tezliklə Xəzər dənizindəki daha bir böyük yataqdan təbii qaz hasilatına başlayacaq
“Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva-Azərbaycan biznes forumunun açılışında deyib. Prezident qeyd edib ki, Azərbaycan təbii qaz hasilatını artırır: “Biz tezliklə Xəzər dənizindəki daha bir böyük yataqdan təbii qaz hasilatına başlanılacağını elan edəcəyik”.
Read More »