Şənbə , 18 Yanvar 2025

Energetika

Bolqarıstanın naziri: “Təbii qaz müqabilində Azərbaycana elektrik enerjisi ixrac edə bilərik”

“Azərbaycandan təbii qazın müqabilində elektrik enerjisini ixrac edə bilərik”. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov deyib. Nazir vurğulayıb ki, belə bir imkan var, bu, prinsipcə təsdiqlənib. “Əgər biz onları elektrik enerjisi ilə təmin edə bilsək, bu elektrik enerjisini istehsal etmək əvəzinə, qənaət etdikləri qazı bizə verəcəklər”, – nazir vurğulayıb. Bakıya səfər zamanı bir sıra …

Read More »

Energetika naziri vətəndaşları qəbul edib

Energetika naziri Pərviz Şahbazov aidiyyəti struktur bölmələrin nümayəndələrinin iştirakı ilə nazirlikdə vətəndaşları qəbul edib. Boyukmillet.com xəbər verir ki, qəbul zamanı vətəndaşların elektrik enerjisi təchizatı, işlə təminat və digər məsələlərlə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Qəbulda Bakı və Sumqayıt şəhərlərindən olan vətəndaşların müraciətinə baxılıb. Energetika Nazirliyi vətəndaş müraciətlərinə baxılması işinin …

Read More »

SOCAR Türkiyədə qazma üzrə tenderin qalibi olub

“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) tərəfindən Türkiyənin Batman vilayətində neft-qaz quyularının qazılması layihəsinin icrası məqsədi ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Kompleks qazma işləri” tresti (KQİT) pre-kvalifikasiya mərhələsindən uğurla keçərək tenderin qalibi olub. Boyukmillet.com xəbər verir ki, TPAO ilə KQİT arasında 1 il müddətinə xidmət müqaviləsi imzalanıb. Layihə şərtlərinə əsasən, Batman vilayəti ərazisində 8 ədəd kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur. Hazırda müqavilə üzrə …

Read More »

Azərbaycan və Yaponiya ekoloji təmiz enerji istehsalının genişləndirilməsini müzakirə edib

Energetika naziri Pərviz Şahbazov Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vadanın iştirakı ilə TEPSCO şirkətinin icraçı direktoru Hideo Kojimanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Yaponiya şirkətlərinin ölkəmizdəki enerji layihələrində uğurlu iştirakı qeyd edilib, səmərəli işbirliyinin “yaşıl enerji” istiqamətində davam etdiyi bildirilib. Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafı, ekoloji təmiz texnologiyaların tətbiqinin genişləndirilməsi, günəş və külək enerjisi …

Read More »

Azərbaycan üçün gündəlik neft hasilatı kvotası 717 min barel olacaq

“OPEC plus” sazişi çərçivəsində Azərbaycan üçün gündəlik neft hasilatı kvotası oktyabrda 717 min barel olacaq. Boyukmillet.com-un məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında yazıb. O bildirib ki, “OPEC plus” ölkələri neft bazarında yüksək volatilliyi və aşağı likvidliyi azaltmaq məqsədilə oktyabrda avqustdakı istehsal parametrlərinin tətbiqini qərara alıb: “Azərbaycan üçün gündəlik kvota 717 min bareldir”. Qeyd edək ki, “OPEC+” komitəsi alyansa sazişin avqust parametrlərinə …

Read More »

Bu il TANAP və TAP ilə Türkiyə və Avropaya 11 milyard kubmetr qaz nəql edilib

Bu il Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Türkiyə və Avropaya ümumilikdə 11 milyard kubmetr qaz nəql edilib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün “Twitter” səhifəsində yazıb. O bildirib ki, Türkiyə TANAP ilə 3,7 milyard kubmetr, cəmi 5,4 milyard kubmetr, Avropa isə 7,3 milyard kubmetr Azərbaycan qazı ilə təchiz olunub. Qeyd edək ki, təbii qaz həcmləri Cənubi …

Read More »

Neftin qiyməti 1 dollardan çox artıb

Neft qiymətləri artmaqda davam edir. Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, investorlar OPEC+ təşkilatının bu gün keçiriləcək iclasında qəbul ediləcək qərarları gözləyirlər. “Brent” markalı neftin oktyabr fyuçersləri 2 % və ya 1,88 ABŞ dolları ucuzlaşaraq 94,90 ABŞ dollarına satılıb. WTI neftinin oktyabr fyuçerslərinin qiyməti isə 2 % və ya 1,73ABŞ dolları düşərək 1 bareli 88,60 ABŞ dolları təşkil edib. ABŞ-da …

Read More »

Bolqarıstan ilin sonunadək Azərbaycandan 440 milyon kubmetr təbii qaz alacaq

2022-ci ilin iyul-dekabr aylarında Bolqarıstan Azərbaycandan təqribən 440 milyon kubmetr təbii qaz alacaq. Boyukmillet.com Türkiyənin “Star” qəzetinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bildirib. Səfir xatırladıb ki, Azərbaycandan Bolqarıstana illik 1 milyard kubmetr təbii qazın tədarükü üçün müqavilə imzalanıb. 31 dekabr 2020-ci il tarixindən etibarən Azərbaycan təbii qazı alternativ marşrutla “Nea Mesemvria” (Yunanıstan-red) vasitəsilə Bolqarıstana …

Read More »

Azərbaycan nefti 2 dollara qədər bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,93 ABŞ dolları, yaxud 2,02 % artaraq 97,53 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 92,36 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollardan götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal …

Read More »

Sabah “Azəriqaz”da media və QHT-lərlə növbəti görüş olacaq

Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq. Boyukmillet.com xəbər verir ki, aksiya “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir. Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.

Read More »