Şənbə , 18 May 2024

Energetika

İran İraqa birgə neft-qaz layihələri hazırlamağı təklif edib

İran İraqa neft və qaz hasilatını artırmaq üçün enerji sektorunda müştərək layihələr hazırlamağı təklif edib. Boyukmillet.com “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İran Milli Neft Şirkətinin icraçı direktoru Möhsün Xocastemehr deyib. Onun sözlərinə görə, İranda 400-ə yaxın neft və təbii qaz yatağı aşkar edilib, onların bir hissəsi İraqla sərhəddə yerləşir, ona görə də neft-qaz sahəsində əməkdaşlıq üçün əməli addımlar …

Read More »

Neftin qiyməti düşüb

Neftin qiyməti, təqribən, 2% düşüb. İnvestorlar resessiyanın baş verməsi ehtimalından narahatdırlar. Boyukmillet.com birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 1,92% ucuzlaşaraq 1 bareli 109,59 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 2,17% aşağı düşərək 1 bareli 103,89 ABŞ dolları təşkil edib. Mərkəzi bankların uçot dərəcələrini artırmasının dünya iqtisadiyyatında resessiyaya gətirib çıxaracağı və …

Read More »

İtaliyanın Baş naziri: “Azərbaycanla mühüm sazişlər bağlamışıq”

“Müharibə başlayandan bu günə kimi bizim hökumət – bu hökumət Rusiya qazına alternativ tədarük mənbələri tapmaq üçün sürətlə hərəkətə keçdi. Əlcəzairdən tutmuş Azərbaycana qədər müxtəlif təchizatçı ölkələrlə mühüm sazişlər bağlamışıq və bərpa olunan enerji də daxil olmaqla yeni investisiyaları təşviq etmişik”. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bunları İtaliyanın Baş naziri Mario Draqi deyib. “Bu tədbirlər sayəsində gələn ilin …

Read More »

Pərviz Şahbazov: “Yeni layihələrlə Azərbaycanın “yaşıl enerji” mövqeyi güclənəcək”

Azərbaycanın hazırda hidro daxil olmaqla bərpa olunan enerji gücləri 1 312 meqavat təşkil edir. Boyukmillet.com xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında yazıb. “Qarşıdakı illərdə istismara veriləcək 1000 meqavat gücündə külək, günəş və su elektrik stansiyaları və 4 gigavatlıq yeni layihələr üzrə fəaliyyətimiz enerji balansında “yaşıl enerji”nin mövqeyini gücləndirəcək”, – o qeyd edib

Read More »

Albaniya Azərbaycanla enerji təchizatı sahəsində əlaqələri dərinləşdirmək istəyir

Bakı Qlobal Forumu ideyalarla, yanaşmalarla zəngindir. Boyukmillet.com xəbər verir ki, bu barədə Albaniya Prezidenti İlir Meta jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bəzən bu diskussiyalar qızğın ola bilər: “Amma biz müzakirə üçün burdayıq. Debatlar, diskussiyalar aparmaq, yanaşmaları bölüşmək, təhdid və çağırışlara ən yaxşı həll yollarını tapmaq üçün belə platformalar önəmlidir. Xüsusilə hazırda üzləşdiyimiz təhlükəsizlik təhdidləri qeyd olunmalıdır. Hazırkı vəziyyəti, Rusiyanın Ukraynaya …

Read More »

Azərbaycan neftinin qiyməti 125 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,78 ABŞ dolları, yaxud 2,92 % azalaraq 125,63 ABŞ dolları təşkil edib. Boyukmillet.com xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri 119,20 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), …

Read More »

Energetika naziri Qəbələdə vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov iyunun 24-də Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edəcək. Boyukmillet.com-un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbul saat 11:00-dan etibarən Qəbələ Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, Həzi Aslanov küçəsi 40) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1147) telefon nömrəsi (əlaqələndirici şəxs Azər Rzayev), [email protected] elektron poçt …

Read More »

“SOCAR Türkiyə”də görüş keçirilib

Türkiyəyə səfər çərçivəsində Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə “SOCAR Türkiyə”də görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüşdə “SOCAR Türkiyə” tərəfindən 2021-ci ildə görülmüş işlər, 2022-ci il üçün qarşıda duran məsələlər və hədəflərin həyata keçirilməsi istiqamətində atılan addımlara dair təqdimat edilib, həmçinin SOCAR-ın Türkiyədəki layihələri və onların gələcək perspektivləri ilə bağlı …

Read More »

Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,16 ABŞ dolları, yaxud 0,12 % azalaraq 128,77 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri 122,02 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci …

Read More »

Türkiyə Prezidenti “SOCAR Türkiyə”nin mükafatını Mikayıl Cabbarova təqdim edib

Türkiyədə 2021-ci ilin lider ixracatçı müəssisələri arasında yer alan “SOCAR Türkiyə” pandemiyanın mənfi təsirlərinə baxmayaraq, istehsal prosesini fasiləsiz olaraq davam etdirib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov deyib. “Xüsusilə SOCAR-ın törəmə müəssisələri olan “Petkim” ve STAR NEZ-in inteqrasiyalı fəaliyyəti sayəsində fasiləsiz istehsalatı yaradılan sinerji, güclü hesabatlılıq və texnoloji transformasiya ilə dəstəkləyərək bu …

Read More »