Şənbə , 18 May 2024

Energetika

Moldova Baş nazirinin müavini: “Azərbaycan bizim strateji tərəfdaşımızdır”

“Azərbaycan enerji təchizatının şaxələndirilməsi baxımından Moldovanın strateji tərəfdaşıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spınu Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda bildirib. “Bizim enerji resursumuz – neftimiz, qazımız yoxdur. Biz buradakı bir çox dövlətlər kimi o qədər də böyük ölkə deyilik və məsələn, Azərbaycan kimi külək və günəş enerjisi ilə təmin …

Read More »

Vannia Qava: “Cənub Qaz Dəhlizi İtaliya və Avropa üçün son dərəcə əhəmiyyətlidir”

“Cənub Qaz Dəhlizi (SGC) İtaliya və Avropa üçün son dərəcə əhəmiyyətlidir”. Boyukmillet.com xəbər verir ki, bunu İtaliyanın ekoloji keçid məsələləri üzrə nazir müavini Vannia Qava Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda bildirib. Onun sözlərinə görə, hazırda İtaliya enerji, xüsusilə də qaz daşımalarının şaxələndirilməsi üzərində işləyir. V.Qava Trans-Adriatik Qaz Kəmərinin (TAP) vacibliyini vurğulayıb. O, bu kəmər vasitəsilə ötürülən təbii qaz həcminin 7,2 milyard kubmetrədək artırıldığını xatırladıb: “Hazırda TAP …

Read More »

Avropa Komissiyası: “Enerji diversifikasiyası qiymətlərin tənzimlənməsinə yardım edir”

Enerji sektorunun diversifikasiyası rəqabətə daha yaxşı imkan yaradır və qiymətlərin tənzimlənməsinə yardım edir. Boyukmillet.com xəbər verir ki, bunu Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə bildirib.K. Borrero qeyd edib ki, təmsil etdiyi qitədə diversifikasiya 10 ilə yaxındır başlayıb:”Biz Avropa İttifaqında enerji mənbələrinin və təchizatın şaxələndirilməsinə 2014-cü ildən başlamışıq. …

Read More »

ABŞ rəsmisi: “Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi üçün vacibdir”

“Xəzər regionu enerji təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ-ın Energetika Resursları Bürosu katibinin köməkçisinin müavini Laura Lokman Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda bildirib. O, Cənub Qaz Dəhlizinin (SGC) Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayıb. L.Lokman eyni zamanda, “yaşıl enerji”yə keçidin vacibliyini vurğulayıb: “Biz karbohidrogen xammalından asılılığın azaldılması istiqamətində görülən tədbirlərdə Avropa İttifaqını …

Read More »

Pərviz Şahbazov: “Şuşada iri həcmli “yaşıl enerji” layihələri üzrə müqavilə imzalanacaq”

Azərbaycanın enerji sisteminin dinamikasını dəyişəcək transformativ proseslər baş verir, Xəzərin enerji tarixində tamamilə fərqli, yeni bir səhifə açılır. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə bildirib. Onun sözlərinə görə, iki gün sonra Qarabağın incisi Şuşada iri həcmli “yaşıl enerji” layihələri üzrə yeni müqaviləyə imza atılacaq: “Belə davamlı təşəbbüslər Azərbaycan …

Read More »

Borrero: “Avropanın əsas məqsədi Rusiyanın enerji asılılığından xilas olmaqdır”

“Avropanın əsas məqsədi Rusiyanın enerji resurslarının asılılığından xilas olmaqdır. Bununla belə, Avropa İttifaqı (Aİ) karbonsuzlaşdırılma siyasətinə sabiqdir”. Boyukmillet.com xəbər verir ki, bunu Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda çıxışı zamanı bildirib. O, bərpa olunan enerji mənbələrinə keçidin zəruriliyini vurğulayıb. “Enerji səmərəliliyi haqqında düşünməliyik. Bu göstəricini 9%-dən 40%-dək artırmağa nail olmuşuq”, – …

Read More »

Alparslan Bayraktar: “Son 20 ildə Türkiyənin təbii qaza olan tələbatı 3 dəfə artıb”

Son 20 ildə Türkiyənin təbii qaza olan tələbatı 3 dəfə artıb. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə bildirib. Onun sözlərinə görə, son 3 il öncə Türkiyənin təbii qaza olan tələbatı 50 milyard kubmetrdən artıq 60 milyard kubmetrə çatır: “Hazırda Türkiyə Avropada ən böyük qaz istehlakçısıdır və təbii qazın 70 %-i idxal edilir”. Nazir müavini qeyd …

Read More »

Bolqarıstanın energetika naziri: “Azərbaycan etibarlı enerji tərəfdaşı olduğunu sübut edib”

“Azərbaycan uzun illər ərzində ən etibarlı enerji tərəfdaşı olduğunu sübut edib” Boyukmillet.com xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri Aleksandr Nikolov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransda deyib. “İndi Avropanın rəqabətqabiliyyətliliyi və enerji təchizatının şaxələndirilməsi həmişəkindən daha vacibdir”, – nazir bildirib. Onun sözlərinə görə, Xəzər regionu ilə əməkdaşlıq Avropa üçün vacibdir.

Read More »

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,55 ABŞ dolları, yaxud 1,2 % azalaraq 125,93 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünya bazarında Rusiya neftinə qarşı nəzərdə tutulan sanksiyalarla bağlı qərar “qara qızıl”ın qiymətindəki artımı sürətləndirib. Hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri 114,16 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel …

Read More »

Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb

Baş nazir Əli Əsədov iyunun 1-də BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb. Boyukmillet.com  Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. BP tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb. Bu kontekstdə işğaldan azad …

Read More »