Cümə axşamı , 9 May 2024

Energetika

“Azərişıq” Füzuli və Ağdamla bağlı 18 milyon manatlıq 2 tenderə yekun vurub

“Azərişıq” ASC Füzulidə Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin tikintisi, iki dövrəli kabel xəttinin çəkilməsi (1), eləcə də Ağdamda Transformator Məntəqəsinin tikintisi, avadanlıqların quraşdırılması və iki dövrəli kabel xəttinin çəkilməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub. Boyukmillet.com xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq “Enerji Construction” və “Smart Energy Services” MMC-lərdir. Qalib şirkətlərə 6,612 milyon manat və …

Read More »

Azərbaycan nefti 3 dollaradək bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,94 ABŞ dolları, yaxud 2,39 % artaraq 125,75 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Ötən həftənin şənbə günü “Brent” markalı neftin bir bareli 117,55 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə …

Read More »

“Al Jazeera”: İtaliya qaz asılılığını azaltmaq üçün Azərbaycana müraciət edib

Romanın Rusiya qazından asılılığını azaltmaq yarışında italiyalı nazirlər Azərbaycana müraciət ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalının saytı yazıb. Qeyd edilir ki, İtaliya rəsmiləri bu problemin həlli üçün həmçinin Konqo, Anqola və Qətər kimi bir çox ölkələrlə danışıqlar aparırlar. Keçən il qaz idxalının təxminən 40 faizini Rusiyadan təmin edən İtaliya Ukraynada münaqişə kəskinləşdikcə enerji təchizatı kompleksini şaxələndirməyə …

Read More »

Azərbaycan qazını Bolqarıstana nəql edəcək boru xətti sertifikatlaşdırılıb

Bolqarıstan və Yunanıstanın enerji tənzimləyiciləri Azərbaycan təbii qazını Avropaya, oradan isə Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunu (IGB) sertifikatlaşdırıblar. Bu barədə Boyukmillet.com  Bolqarıstanın “Bulgaria Today” nəşrinə istinadən məlumat verib. Bildirilir ki, interkonnektorun kommersiya istismarı bu ilin iyulun 1-dən sonra başlayacaq: “IGB strateji əhəmiyyət daşıyır və Bolqarıstan və Cənub-Şərqi Avropaya qaz tədarükünü diversifikasiya edərək Yunanıstan və Bolqarıstan qaz ötürücü sistemlərini birləşdirməyə imkan verir. …

Read More »

Bakı Enerji Forumunun bir ssessiyası Şuşada keçiriləcək

Bakı Enerji Forumunun möhtəşəm yekunu Qarabağın işğaldan azad edilmiş ərazilərində baş tutacaq və iyunun 4-də Şuşa şəhərində Forum iştirakçıları ilə sessiya keçiriləcək. Boyukmillet.com-un məlumatına görə, Forumun ilk iki günü – iyunun 2 -3-də Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə qlobal enerji perspektivləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi və bir sıra digər aktual mövzular ətrafında müzakirələr …

Read More »

Azərbaycan və İran neft və qaz yataqlarının işlənilməsinə dair yeni sazişlər imzalayacaq

Yaxın zamanda Azərbaycan və İran arasında Xəzər dənizinin neft və qaz yataqlarının işlənilməsi sahəsində yeni sazişlər imzalanacaq. “Report”un İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu hazırda İranda səfərdə olan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə görüşündə İranın neft naziri Cavad Oci bildirib. Onun sözlərinə görə, bununla bağlı ilkin danışıqlar aparılıb və iki ölkənin ekspert nümayəndə heyətləri danışıqları davam etdirir. …

Read More »

Sabah “Azəriqaz” “Açıq qapı” aksiyası keçirəcək

Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, aksiya “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Read More »

Azərbaycan neftinin qiyməti 120 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,76 ABŞ dolları, yaxud 3,86 % azalaraq 118,42 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən “Brent” markalı neftin bir bareli 110,86 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin …

Read More »

Şəkinin bir hissəsində qaz kəsiləcək

Bu gün Şəki rayonunun bir hissəsinin təbii qazla təchizatında fasilə yaranacaq. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Cəfərabad” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatana qədər “Cəfərabad” QPS-dən qidalanan “Şəki-Cəfərabad” qaz ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Şəki şəhəri daxil …

Read More »

İran təbii qazın Azərbaycana ixracı üçün lazımi tədbirlər görəcək

İran təbii qazın Azərbaycana ixracı üçün lazımi tədbirlər görəcək Boyukmillet.com İran mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Milli Qaz Şirkətinin (NIGC) sədri Məcid Çeqini deyib. O, qeyd edib ki, İran digər ölkələrlə qaz ticarətinin bərpası üçün lazımi səyləri göstərəcək, qazın qonşu ölkələrə, o cümlədən Türkiyə, İraqa da ixracı üçün lazımi tədbirlər görəcək. İranın Milli Qaz Şirkətinin sədri əlavə edib ki, …

Read More »