Cümə axşamı , 9 May 2024

Energetika

“Azərişıq”: “Şuşadakı Rəqəmsal İdarəetmə Mərkəzi ən müasir standartlara uyğundur”

“Son illər Prezident İlham Əliyevin digər sahələrə olduğu kimi energetika sahəsinə də göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında özünü büruzə verir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, işğaldan azad edilmiş ərazilər daxil olmaqla, ölkənin müxtəlif regionlarında ən müasir tələblər cavab verən yarımstansiyalar, rəqəmsal idarəetmə mərkəzləri istifadəyə verilir. Ötən gün cənab prezident İlham Əliyevin açılışı etdiyi Şuşa şəhərində qurulan …

Read More »

Aİ üzvlərindən Rusiyadan tədarük kəsiləcəyi halda qazı bölüşməyi tələb edir

Avropa İttifaqı Rusiyanın qaz təchizatını kəsəcəyi təqdirdə üzv ölkələrdən qazı bölüşməyi tələb edir. Boyukmillet.com xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” nəşri məlumat yayıb. Qeyd olunur ki, Moskva qazın pulunu rublla ödəməkdən imtina etdiyinə görə artıq Polşa və Bolqarıstana tədarükü dayandırıb, digər avropalı müştəriləri də eyni addımı atmaqla hədələyir. Məlumata görə, Avropa Komissiyası enerjiyə qənaət planını mayın 18-də təsdiq …

Read More »

Qazilər SOCAR-a məxsus obyektlərin mühafizəsinə cəlb edilir

“Security Operation Services” (“SOS”) mühafizə şirkətində ikinci Qarabağ müharibəsinin daha 29 iştirakçısı işlə təmin edilib. Boyukmillet.com xəbər verir ki, 2022-ci ilin birinci rübü ərzində şirkət tərəfindən elan olunan 165 vakansiya üçün 162 nəfərin müraciəti qeydə alınıb və onlardan 111 nəfər işə qəbul komissiyasından uğurla keçib. Yeni işə qəbul olunanlar arasında 44 günlük Vətən müharibəsində şücaət göstərmiş 29 müharibə iştirakçısı və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən 4 şəhid ailəsinin üzvü də …

Read More »

Azərbaycan neftinin qiyməti 114 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,85 ABŞ dolları, yaxud 2,57 % artaraq 113,55 ABŞ dollarına çatıb. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən “Brent” markalı neftin bir bareli 106,04 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ …

Read More »

Prezident: “Azərbaycan Qarabağın bərpa olunmuş hissəsinə qaz kəməri çəkəcək”

“Azərbaycan Qarabağın hazırda bərpa işlərinin aparıldığı hissəsinə qaz kəməri çəkməyi planlaşdırır”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə Qarabağa neft və qaz tədarükünə dair suala cavab verərkən bildirib. Dövlət başçısı bölgədə artıq 20 mVt gücündə elektrik stansiyasının istismara verildiyini, cari ildə daha 25 mVt gücündə stansiyanın istifadəyə veriləcəyini diqqətə …

Read More »

Azərbaycan nefti bahalaşmaqda davam edir

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,62 ABŞ dolları, yaxud 0,58 % artaraq 107,34 ABŞ dollarına çatıb. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən “Brent” markalı neftin bir bareli 104,95 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci …

Read More »

SOCAR və “Qazprom” kommersiya yük nəqliyyatı üçün CNG şəbəkəsi yarada bilər

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın “Qazprom” şirkəti arasında “Şimal-Cənub” nəqliyyat dəhlizi istiqaməti üzrə kommersiya yük nəqliyyatı üçün CNG şəbəkəsinin yaradılması və istismarı məsələlərinə dair təkliflər verilib və fikir mübadiləsi aparılıb. Boyukmillet.com xəbər verir ki, bunu bu ilin aprelin 21-22-də Moskva şəhərində keçirilmiş qaz-mühərrik yanacağı üzrə Ümumrusiya Forumunda “SOCAR PETROLEUM” QSC-nin baş icraçı direktorunun innovasiyalar üzrə müavini Elnur Mustafayev …

Read More »

Koreya Azərbaycanda enerji layihələrində iştirak etmək istəyir

Energetika naziri Pərviz Şahbazov Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonqı qəbul edib. Energetika Nazirliyindən “Economics”ə verilən məlumata görə, görüşdə iki ölkə arasında diplomatik əlaqələrin, iqtisadi-ticari münasibətlərin inkişafına toxunulub, energetika sahəsi üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərindən bəhs edilib. Səfir Koreya şirkətlərinin energetika, o cümlədən bərpa olunan enerji mənbələrindən istifadə sahəsində yüksək texnoloji imkanlara və böyük təcrübəyə …

Read More »

Rövşən Nəcəf: “Bu il Türkiyə və Avropaya 4 mlrd kubmetrdən çox Azərbaycan qazı ixrac edilib”

Azərbaycan qazının nəqli üçün mühüm strateji və iqtisadi əhəmiyyətə malik Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) istismara verildiyi tarixdən bu ilin aprelin 1-nə qədər 26,13 milyard kubmetr təbii qaz nəql edilib. Boyukmillet.com-un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, şirkət prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf özünün “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, cari ilin 1-ci rübündə isə bu kəmərlə 4,01 milyard kubmetr …

Read More »