2022-ci ilin ilk günündə Rusiya qazının Ukrayna ərazisindən Slovakiya istiqamətində tranziti iki ayda minimuma düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” Slovakiyanın Eustream qaz ötürmə operatorunun açıqladığı rəqəmlərə istinadən məlumat verir. Beləliklə, Velke Kapuşanı sərhəd-keçid məntəqəsi vasitəsilə ötürülmə həcmi 84 milyon kubmetrdən 49 milyon kubmetrə (41,7%) azalıb – bu, noyabrın 2-dən bəri ən aşağı göstəricidir.
Read More »BP Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib
Böyük Britaniyanın “British Petroleum” (BP) şirkəti Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrik müraciəti şirkətin rəsmi tviter səhifəsində paylaşılıb. “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edir, sevinc, sülh və əmin-amanlıq arzu edirik”, – təbrikdə deyilir.
Read More »Azərbaycan Türkiyəyə ən çox qaz tədarük edən üç ölkədən biridir
Rusiya, ABŞ və Azərbaycan Türkiyəyə qaz tədarük edən ölkələrin arasında ilk üçlükdə yer alıb. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bu ilin oktyabr ayında Türkiyəyə təbii qaz idxalı 15,2 faiz artaraq 4 milyard 657 milyon kubmetrə çatıb. İdxal olunmuş qazın 3 milyard 22 milyon kubmetrə yaxını boru kəmərləri ilə, 1 …
Read More »Energetika Nazirliyinin Kollegiyasının gələn ilə İş Planı təsdiqlənib
Energetika Nazirliyində videokonfrans formatında növbəti kollegiya iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclas kollegiyanın sədri, nazir Pərviz Şahbazovun rəhbərliyi ilə baş tutub. İclasın gündəliyi təsdiq edildikdən sonra Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndəsinin paylayıcı elektrik şəbəkələrinin istismar vəziyyətinin yaxşılaşdırılması, təchizatın davamlılığının təmin edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi ilə bağlı görülmüş tədbirlər və qarşıda duran vəzifələr haqqında məruzəsi dinlənilib. Mövzu …
Read More »Türkmənistan, Azərbaycan və İran svop qazının tədarükünə başlayırlar
Türkmənistan, Azərbaycan və İran arasında imzalan üçtərəfli təbii qaz ticarəti üzrə saziş bu gün qüvvəyə minəcək. Boyukmillet.com xəbər verir ki, müqavilə Türkmənistandan Azərbaycana satılacaq və İran vasitəsilə nəql ediləcək 1,2-2 milyard kubmetr təbii qazı nəzərdə tutur. Qeyd edək ki, Türkmənistan qazı Şimali Türkmənistan-İran sərhədində alqı-satqıya çıxarılacaq və İran-Azərbaycan sərhədində İran qazının ekvivalenti ilə dəyişdiriləcək. Müqavilənin bitmə tarixi yoxdur. Türkmənistanda imzalanmış üçtərəfli razılaşmaya …
Read More »Rövnəq Abdullayev: “Azərbaycan-Türkiyə enerji qardaşlığına töhfə verməyə davam edəcəyik”
“Bu il imzalanmış tarixi “Şuşa Bəyannaməsi” Azərbaycan və Türkiyə arasında geniş üfüqlər açır və birlikdə görəcəyimiz çox işlər var”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən Azərbaycan-Türkiyə I Enerji Forumunda bildirib. “İki ölkənin dövlət başçılarının dəstək verdiyi Azərbaycan-Türkiyə enerji qardaşlığının daha yüksək inkişaf mərhələsinə çatmasına töhfə verməyə davam edəcəyik. SOCAR Türkiyənin İzmir …
Read More »Azərbaycan və Türkiyə arasında 6 sənəd imzalanıb
Bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə I Enerji Forumunda 6 sənəd imzalanıb. Boyukmillet.com xəbər verir ki, imzalanan ilk sənəd Azərbaycan-Türkiyə I Enerji Forumunun Protokolu olub. Protokolu Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar. Nazirlər Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memoranduma da imza …
Read More »Qarabağın enerji sisteminin bərpa planları açıqlanıb
“Azərenerji” ASC Kəlbəcər rayonunda 11 ədəd, Laçın rayonunda 12 ədəd olmaqla cəmi 130 MVt-a yaxın gücdə kiçik su elektrik stanasiyalarının yenidən qurulması üçün layihə-smeta sənədləri hazırlayıb və növbəti ildə bunların bir qisminin yenidənqurulmasını həyata keçirəcək. Boyukmillet.com xəbər verir ki, bunu “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda çıxışı zamanı deyib. “Ötən bir il müddətində “Azərenerji” işğaldan azad olunan bölgələrdə minatəmizləmə əməliyyatlarından dərhal …
Read More »Baba Rzayev: “Azərenerji”nin Türkiyədəki törəməsi bir neçə ölkəyə enerji ixrac edir”
“Türkiyədə “Azərenerji”nin törəməsi olan “Global Power” şirkəti fəaliyyət göstərir. Bu şirkət vasitəsi ilə bir neçə ölkəyə elektrik enerjisinin ixracı həyata keçirilir”. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda çıxışı zamanı deyib. B.Rzayevin sözlərinə görə, bu şirkət vasitəsi ilə Azərbaycandan Türkiyəyə ixrac olunan elektrik enerjisinin satışı, eləcə də Türkiyə, Bolqarıstan və Yunanıstanla …
Read More »Əli Əsədov Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb
Bu gün Baş nazir Əli Əsədov Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə inkişafından məmnunluq ifadə edilib. Bu ilin fevral ayında Ankarada keçirilmiş iqtisadi əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın 9-cu iclasında əldə olunmuş razılıqların iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi baxımından vacibliyi qeyd edilib. Azərbaycan ilə Türkiyə arasında …
Read More »