Bazar , 11 Yanvar 2026

Energetika

Bolqarıstan daha çox Azərbaycan qazı almaq istəyir

Bolqarıstan “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının illik bir milyard kubmetr həcmində olan müqavilə həcmlərini tam şəkildə almaq istəyir. Boyukmillet.com xəbər verir ki, bir müddət əvvəl Bolqarıstan hökumətinə yeni təyin edilmiş Baş nazir Kiril Petkov Bolqarıstan mətbuatına açıqlamasında bildirib ki, bu məsələnin Azərbaycanla müzakirəsi planlaşdırılır. “Bolqarıstan Azərbaycan qazının bütün razılaşdırılmış həcmini almaq üçün əlindən gələni edəcək ki, bu da hazırda digər …

Read More »

Bakıda Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçiriləcək

Dekabrın 21-22-də Bakıda energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin həmsədrliyi ilə Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçiriləcək. Boyukmillet.com Energetika Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 21-də Enerji Forumu çərçivəsində karbohidrogen və neft-kimya, elektrik enerjisi, bərpa olunan enerji və tənzimləmə sahələri üzrə hər iki ölkənin mütəxəssislərindən ibarət işçi qrupların iclaslarının keçirilməsi və türkiyəli nümayəndə heyətinin …

Read More »

Prezident: “Neft-qazın ÜDM-də payını əhəmiyyətli dərəcədə azaltmağa nail olmuşuq”

“Bizim iqtisadiyyatın quruluşuna gəlincə, hesab edirəm ki, neft və qazın ÜDM-də həcminin əhəmiyyətli dərəcədə azaldılmasına nail olmuşuq. Uzun illər bundan öncə neft və qazın ÜDM-də payı mütləq çoxluq təşkil edirdi, indi isə yarıdan da azdır. Beləliklə, Azərbaycan iqtisadiyyatının strukturu daha çox balanslaşdırılmış oldu”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl …

Read More »

Bu il “Azərişığ”a 4 mindən çox abunəçi onlayn müraciət edib

Bu ilin yanvar-noyabr aylarında “Azərişıq” ASC-yə 4 004 abunəçi elektron qaydada şəbəkəyə qoşulma üzrə müraciət edib. Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bunun 436-sı noyabr ayının payına düşüb. Xatırladaq ki, səhmdar cəmiyyəti məmnunluq səviyyəsini artırmaq, xüsusilə də pandemiya dövründə insanların arasında təması azaltmaq məqsədi ilə enerji təchizatı şəbəkəsinə qoşulma üzrə e-gov.az və azerishiq.az saytlarında elektron xidmətlər tətbiq edib.

Read More »

Azərbaycan nefti 2%-dən çox ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,6 ABŞ dolları, yaxud 2,08 % azalıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 75,5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə …

Read More »

Azərbaycan istehsal etdiyi qazın ixrac coğrafiyasını genişləndirmək niyyətindədir

Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammiti keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib. Dövlətimizin başçısı Sammitdə çıxış edib. Prezident İlham Əliyev çıxışında Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlığı qeyd edib, bu münasibətlərin də strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizin XXI əsrin ən böyük …

Read More »

Prezident: “Azərbaycan qaz bazarında Avropanın etibarlı tərəfdaşı və dostudur”

“Azərbaycan qaz bazarında Avropanın etibarlı tərəfdaşı və dostudur”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində bildirib. “Hamımız bilirik ki, bəzi ölkələrin enerji strategiyalarına dair verdikləri bir sıra qərarlar üzündən Avropada təbii qaza tələbat artacaq. Bütün infrastruktur işlərini başa vurmuş ölkə olan Azərbaycan burada Avropanın etibarlı tərəfdaşı, dostudur. Təsəvvür edin, Bakıdan İtaliyaya qədər 3500 …

Read More »

Neft qiymətləri tərəddüd edir

Dünya bazarında neft qiymətləri bu günkü artımdan sonra yenidən azalıb. Boyukmillet.com xəbər verir ki, Bakı vaxtı ilə saat 15-ə olan vəziyyətə görə “Brent” markalı neftin fevral fyüçersləri 0,05 faiz bahalaşaraq 75,19 ABŞ dollarından, “WTI” markalı neftin yanvar fyüçersləri isə 0,14 faiz ucuzlaşaraq 71,57 dollardan satılıb. Günün birinci yarısında isə hər iki marka müvafiq olaraq 1,34% və 1,28% bahalaşmışdı. Ekspertlərə görə, koronavirusun “omikron” …

Read More »

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,59 ABŞ dolları, yaxud 0,8 % azalıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 76,24 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Read More »

“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb

Azərbaycan Dövlət neft Şirkəti (SOCAR) və “Abşeron Qazma Şirkəti” tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətlərini göstərən birgə müəssisə olaraq təsis edilmiş “SOCAR AQŞ” 7 saylı dəniz stasionar özülündən 356 nömrəli quyunun qazma işlərini keyfiyyətlə, ətraf mühitə zərər vurmadan və təhlükəsiz şəkildə yekunlaşdırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a “SOCAR AQŞ” şirkətindən məlumat verilib. Bildirilib ki, quyu yekun təsdiqlənmiş profilə …

Read More »