Bazar , 6 Aprel 2025

Gündəm

Ordunun təminatı ilə bağlı suallar hardan qaynaqlanır? – ŞƏRH

İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun təminatında problemlər olması barədə videoların, rəylərin sayı bir xeyli artıb. Bu şikayətləri araşdırarkən daha çox infrastrukturun yoxluğundan yarandıqları aydın olur. Əlbəttə, bəzi məqamlarda səlahiyyətli şəxslərin məsuliyyətsiz davranışını da istisna eləmək olmaz. Amma əksər problemlər şəraitsizlik, təminatın vaxtında çatdırılmaması ilə bağlıdır ki, bunun da kökündə bölgədə infrastrukturun məhv edilməsi dayanır. Məsələ bundadır ki, işğaldan azad edilmiş …

Read More »

Paşinyanın dostu: “26 il öncə başqasının ölkəsinə girib, ağalıq edirdiniz” – FOTO

“26 il öncə başqasının ölkəsinə girib, orada ağalıq edir, evlər tikir, mədən istismar edirdiniz. İndi torpağın sahibi gəlib deyir ki, çıxın, biz isə bunun razılaşmaya daxil olmadığını söyləyirik. Budur sizin səviyyəniz? Öz iş masamı sizin evə qoysam, xoşunuza gələr?” Boyukmillet.com  “report”-a istinadla xəbər verir ki, bunu məşhur erməni biznesmen Armen Martirosyan öz feysbuk profilində yazıb. Ermənilərin etiraz və hədələrindən sonra biznesmen paylaşımını silib, …

Read More »

MHP- dən Belçikaya etiraz.

Belçika parlamentinin (Nümayəndələr Palatası) Ermənistanla münaqişəyə görə Azərbaycanı qınayan qətnamə layihəsi qəbul etməsinə sadəcə “təxribatdır” desək, zənnimcə, fikrimizi tam ifadə etmiş olmarıq. Bu, sözün əsl mənasında siyasi fahişəlikdir və riyakarlıqdır. Belçikalı (əslində isə fransız) deputatlar bununla fransalı həmkarlarının (Fransa Senatının və Fransa Milli Assambleyasının üzvlərinin) məlum səhvini təkrarlamış oldular. Onlar bu addımları ilə ədalətin və beynəlxalq hüququn yanında yox, yalanın …

Read More »

Almaniyada Azərbaycan Ordusunun Qarabağdakı müharibə təcrübəsi ətrafında mübahisələr

Azərbaycan ordusunun Qarabağda apardığı 44 günlük müharibənin təcrübəsi daha bir NATO ölkəsində silahlanma məsələsinə yenidən baxmaq barədə müzakirələrə səbəb olub. Boyukmillet.com alman KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan ordusunun zərbə və kəşfiyyat məqsədi ilə PUA-ların geniş çevşidindən kütləvi şəkildə istifadə etməsindən sonra Almaniya ordusunun da bu sistemlərlə silahlanmasını sürətləndirmək çağırışları eşidilir. Lakin Bundestaqda hakim koalisiyanın ortağı olan sosial-demokratlar gözlənilmədən dronlara qarşı …

Read More »

Bayram Səfərov: “Hələ Şuşaya gedib çıxa bilməmişəm, ermənilər hər yeri minalayıblar”

Şuşanın icra başçısı Bayram Səfərov Şuşaya gedə bilməyib. Boyukmillet.com xəbər verir ki, bu barədə icra başçısı özü bildirib.  O qeyd edib ki, hələlik mülki şəxslərin Şuşaya gediş-gəlişi üçün şərait yoxdur:   “Bütün şuşalılar şəhərə qayıtmaq istəyirlər. Bizə müraciət edirlər ki, necə gedə bilərik. Amma mən özüm belə hələ gedib çıxa bilməmişəm. Bu asan məsələ deyil. Ermənilər hər yeri minalayıblar. Diqqətli olmaq …

Read More »

Britaniyanın baş həkimi: COVID-19-un yeni növü yüksək sürətlə yayılır

Böyük Britaniyada aşkar edilmiş koronavirusun yeni növü sürətlə yayılır və əhalidən daha çox ehtiyatlılıq tələb edir. Boyukmillet.com  xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş həkimi, professor Kris Uittinin bəyanatında deyilir. O, qeyd edib ki, İngiltərənin Cənub-Şərqində yeni virus növünün sürətlə yayılması ilə əlaqədar olaraq Tənəffüs Virusu Təhlükələri Məsləhət Şurası bu virus növünün daha sürətli şəkildə yayıla biləcəyini güman edir. …

Read More »

“Anam koronavirusdan yox, FHN-nin xəstəxanasındakı qəzada öldü” – Məşhur QHT rəhbərinin oğlu

Bu gün koronavirusdan vəfat etdiyi bildirilən “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin sədri Bəxtimşah Tağıyevanın oğlu anasının xəstəlikdən yox qəza nəticəsində həyatını itirdiyini bildirib. Boyukmillet.com  bildirir ki, onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Zığda yerləşən modul tipli xəstəxanasında həqiqətən qəza baş verib: “Feysbukda yazılanlar doğrudur. Təəssüflər olsun ki, FHN-in modul tipli xəstəxanasında qəza baş verib. Qəzanın baş verdiyi …

Read More »

Ermənistan “qırmızı siyahı”ya salındı – Məhdudiyyət qoyuldu

Ermənistanın adı Ukraynanın Səhiyyə Nazirliyinin “qırmızı siyahısı”na salınıb. Bu barədə “News.am”a Ermənistanın Ukraynadakı səfirliyinin mətbuat xidmətində bildiriblər. “Ötən həftə Ukraynada koronavirusun yayılması göstəricisi üzrə dinamika Ermənistandan yuxarı idi. Ermənistandan Ukraynaya gələn bütün sərnişinlər koronavirusla bağlı mənfi test nəticəsinə malik olmalı və ya Ukraynada 14 günlük özünü təcridetmə rejimindən keçməlidir. Özünü təcridetmə rejimindən çıxmaq üçün Ukraynada da test vermək olar”, – …

Read More »

100 ildən sonra anlaşdılar: PKK-nın axırı… – Türkiyənin dediyi olur

İraq Baş naziri Mustafa Kazımi və Xarici işlər naziri Fuad Hüseynin Türkiyəyə səfərində önəmli razılaşmalar əldə edilib. Bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, nazirlərin Ankarada keçirdiyi görüşlərdə Ovaköy-Fişhabur sərhəd qapısı və Bağdada ikinci ticarət yolunun açılması məsələləri müzakirə olunub. Müzakirə olunan məsələlər arasında bölgədə PKK terror təşkilatına qarşı birgə mübarizə də yer alıb. Terrorçuların İraqdan Suriyaya …

Read More »

“icaze.gov.az”a görə iki vəzifəli şəxs həbs edildi

Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.  Baş prokurorluğun Mətbuat xidmətindən”MediaPost”a verilən məlumata görə, belə ki, vəzifəli şəxslər – Cahangirli Pərviz Vasif oğlu və Kərimov Elçin Rafiq oğlunun “icaze.gov.az” portalına saxta məlumatlar daxil edərək ölkədə mövcud olan sərtləşdirilmiş xüsusi karantin rejimi …

Read More »