Gündəm

Son sutkada 3 712 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3 712 yeni yoluxma faktı qeydə alınıb, 1 359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 35 nəfər “COVID-19”dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 109 813 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 69 931 nəfər müalicə olunaraq sağalıb, 1 291 nəfər vəfat edib. Aktiv xəstə sayı 38 591 nəfərdir. Ötən müddət ərzində 1 682 …

Read More »

Ukrayna Mariupolda separatçıların mövqelərini ələ keçirdi

Ukrayna Mariupol istiqamətində irəliləyərək, separatçıların bir neçə mövqeyini ələ keçirib. Boyukmillet.com  Ukrayna mətbuatına istinadən xəbər verir ki, separatçı “Donetsk Xalq Respublikası”nı Mariupolda bir neçə istiqamət üzrə məğlub edən Ukrayna ordusu Vodian və Ujovk yaşayış məntəqələrini terrorçulardan təmizləməyi bacarıb. Hazırda əməliyyatlar davam edir.  

Read More »

Əfqanıstanda onlarla mülki şəxsi öldürən 13 avstraliyalı hərbçi ordudan qovulub

Əfqanıstanda xidmət edərkən 39 mülki şəxsi öldürən 13 avstraliyalı hərbçi vəzifəsindən kənarlaşdırılıb. Boyukmillet.com DHA-ya istinadən xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Qüvvələrinin Baş Müfəttişliyinin 4 il ərzində apardığı istintaqın yekunlarına dair hesabatda qeyd olunub. “Əfqanıstandakı olaylarla bağlı hazırda 13 nəfərə inzibati tədbir bildirişi verilib”, – Avstraliya Ordusunun rəisi, general-polkovnik Rik Bör söyləyib. Qeyd olunub ki, hadisə ilə əlaqədar 2005-2016 …

Read More »

“İsgəndər” raketlərinin pultu və “buynuzu”

Ekspert deyir ki, kifayət qədər dağıdıcılıq gücü olan belə bir silahı Rusiya Ermənistana etibar edə bilməzdi… Baş prokuror Kamran Əliyevin “Turan” agentliyinə verdiyi müsahibədə erməni general Movses Akopyanın Azərbaycanla 44 günlük II Qarabağ savaşında “İsgəndər” raketlərindən istifadə etdikləri yönündə fikirlərinə bu cür cavab verib: “Bizdə Ermənistan tərəfdən ”İsgəndər” raketlərindən istifadə olunmasına dair dəlil yoxdur. Biz bizim tərəfə atılmış bütün raket …

Read More »

Paşinyan ordunun zəif olduğunu deyən iş adamına nazir vəzifəsi verdi

Cəbhədə vəziyyətin acınacaqlı olmasından bəhs edən iş adamı Vaan Kerobyan Erməstanda iqtisadiyyat naziri təyin olunub. Boyukmillet.com xəbər verir ki, V.Kerobyanın bir neçə gün öncə Qarabağda ikən “Al Jazeera”ya verdiyi açıqlama diqqətdən yayınmayıb. “Vəziyyətlə bağlı müxtəlif tezislər var idi: bizim ordu güclüdür, böyükdür, biz hər şeyi edə bilərik və s. Ancaq ictimaiyyətdə heç kəs gerçək durumu bilmirdi. İndi layiq olduğumuz nəticəni əldə etmişik”, …

Read More »

KİV: Ermənistan prezidenti açıq oyuna başlayıb

Ermənistan prezidenti Armen Sarkisyan susqunluğu pozaraq fəal oyuna başlayıb. Boyukmillet.com  xəbər verir ki, “İrates” qəzeti bu barədə məqalə dərc edib. “Armen Sarkisyan 2,5 il sükut etdi. Baş nazir kreslosunu zəbt etmiş, psixoloji cəhətdən anormal şəxsin min bir antikonstitusiya addımlarına dözüm göstərərək gözlərini yumdu. Butafor (teatr səhnəsini quraşdıran – “Report”) prezident Armen Sarkisyan cəmiyyətin ovqatını araşdıraraq hökumətin və baş nazirin istefasını …

Read More »

Masallıda karantin postundan keçmək istəyən koronavirus xəstələri saxlanılıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş daha 3 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Masallı rayon sakinləri Sahib Mehdiyev, Laçın Kərimov və Əkbər Əkbərova COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq …

Read More »

Tağıyevin Fransadakı nəticəsi: “Qarabağa gedəcəyəm”

“Tezliklə Qarabağda olacağam. Məqsədim bu müharibədən və bu tarixi ərazilərdən fransız oxucuları üçün yazmaqdır. Düşündüyümdən daha faydalı ola biləcəyim şey budur”. Boyukmillet.com xəbər verir ki, bunu Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Alban Klod feysbukda yazıb. Xatırladaq ki, A.Klod məşhur milyonçunun ikinci oğlu Sadıx Tağıyevin nəvəsidir. O, ilk dəfə ötən il Azərbaycana səfər edib.

Read More »

Hindistanın “MiQ-29” qırıcısı qəzaya uğrayıb

Hindistan Hərbi-Dəniz Qüvvələrinə məxsus “MiQ-29” qırıcısı Ərəb dənizi üzərində təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb. Boyukmillet.com  “Times of India”ya istinadən xəbər verir ki, bunu Hərbi-Dəniz Qüvvələrinin nümayəndəsi bildirib. Hadisə nəticəsində pilot itkin düşüb. Ölkənin Hərbi-Dəniz Qüvvələri qəza ilə bağlı araşdırmalara başlayıb. Hadisənin səbəbi hələ ki məlum deyil. Qırıcı “Vikramaditya” aviadaşıyıcısından havaya qalxıbmış. Bildirilib ki, Hindistan donanmasında istismar edilən “Vikramaditya” (keçmiş …

Read More »

Paşinyan itkin düşən erməni hərbçilərinin valideynləri ilə görüşmədi

Ermənistanın paytaxtı Yerevan şəhərində Dağlıq Qarabağda baş vermiş hərbi əməliyyatlar zamanı itkin düşmüş erməni hərbçilərin valideynləri və yaxınları baş nazir Nikol Paşinyanın kortejinin keçdiyi yolu bağlayıblar. Boyukmillet.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, yolun ortasında dayanan şəxslər baş nazirin gəlişini gözləyiblər. Lakin hökumət başçısı onlarla görüşməkdən imtina edib. Daha sonra etiraz edənlərin on nəfəri ilə görüşməyi qəbul etsə də, bu …

Read More »