Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

Erməni əsgərlərin valideynləri: Paşinyan bacarmır, Putinə müraciət etməliyik

Ermənistanda ikinci Qarabağ müharibəsində itkin düşmüş hərbçilərin valideynləri baş nazir Nikol Paşinyanla görüşdən narazı qalıblar.

Boyukmillet.com “News.am”a istinadən xəbər verir ki, valideynlərin bir hissəsi görüşü yarımçıq tərk ediblər. Bəziləri isə hökumət binasında qalaraq baş nazirlə danışıqları davam etdiriblər.“Yeddi aydır cavab vermirlər. Ora-bura, DNT mərkəzinə göndərirlər. Heç kim valideynlərə həqiqəti söyləmir. Onlara danışmaq asandır, uşaqları yanındadır”, – deyə valideynlərdən biri kobud tərzdə qeyd edib.“Ümid edirdik ki, hökumət var, amma bu şəxs (baş nazir Nikol Paşinyan-red) suallarımızı cavablandıra, uşaqlarımız haqqında məlumat verə bilmir ki, övladlarımızın harada olduğunu, əsir və ya itkin düşdüyünü bilək. Əgər işləyə bilmirsə, bizə yalnız Putinə müraciət etmək qalır”, – deyə başqa valideyn şikayətlənib.Qeyd edək ki, dünən səhər aksiyanın iştirakçıları problemlərinin KİV-də işıqlandırılmasından imtina ediblər. Onlar hesab edirdilər ki, artıq səs-küy problemin həllinə mane olur.

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …