Şənbə , 27 Aprel 2024

Gündəm

Azərbaycanda yüksək vəzifəli məmur İŞDƏN ÇIXARILDI: qalmaqalları ilə… – FOTO

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini Şahmar İbadov vəzifəsindən azad edilib. Onunla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Ş.İbadov işdən çıxarılıb. Nərimanov Rayon İcra Hakimiyyətindən məlumat təsdiqlənib. Xatırladaq ki, Ş.İbadovun adı bir sıra qalmaqallarda və qanunsuz əməllərdə hallanırdı.

Read More »

Açıq havada siqaret çəkənlər də 100 manat cərimələnəcək – DİN-dən AÇIQLAMA

Sosial şəbəkələrdə açıq havada siqaret çəkən şəxslərin cərimə olunub-olunmayacağı müzakirələrə səbəb olub. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər də 100 manat cərimələnəcək: “Nazirlər Kabinetinin qərarında qeyd olunub ki, maskadan istifadə mütləq və məcburidir. Maskasız siqaret çəkən şəxslər də mütləq cərimələnəcək. Küçədə siqaret çəkməsinlər. …

Read More »

Koronavirus xəstəsi ət satarkən yaxalandı

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxan rayon sakininin yaşayış yerini tərk edərək işlədiyi ət satışı dükanında olduğu müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbə sakini Mösüm Kazımova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış …

Read More »

Üçüncü dalğa gəlir? – Xəbərdarlıq

Əgər Avropa ölkələri indi lazımi infrastrukturu qurmasalar, onda 2021-ci ilin əvvəlində onları COVID-19-un üçüncü dalğası gözləyir. Boyukmillet.com  xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi elçisi Devid Nabarronun xəbərdarlıq edib. Onun sözlərinə görə, Avropa koronavirusun birinci dalğasını nəzarət altına almağı bacarıb, ancaq ikincinin qarşısını ala bilməyib. “Onlar yay aylarında lazımi infrastrukturu qurmaq imkanını qaçırdılar”, – Nabarro qeyd edib. …

Read More »

Türkiyədə vətəndaşlar COVID-19-a qarşı pulsuz peyvənd olunacaq

Türkiyə hökuməti ölkə vətəndaşlarını yeni növ koronavirusa qarşı pulsuz peyvənd elətdirmək niyyətindədir. Boyukmillet.com  TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib. “Çinin peyvənd istehsalçısı olan “Sinovac” şirkəti ilə danışıqlar tamamlanıb, lazımi bütün qanuni proses həyata keçirilib, imzalar atılıb. Peyvənd vurulmasına başlanılması üçün azı 10 milyon doza peyvənd artıq Türkiyəyə göndərilib. Vaksinasiya tamamilə ödənişsiz olacaq”, – “Hurriyet” qəzeti …

Read More »

DİN: Yaşadığı evin kandarına maskasız çıxan şəxs cərimələnəcək

“Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarı var. Yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir”. Boyukmillet.com xəbər verir ki bu barədə “Report”un sorğusuna Daxili İşlər Nazirliyinin (DİN) …

Read More »

Həkimlər COVID-19 testindən keçərkən yol verilən səhvləri açıqlayıb

Virusoloqlar koronavirus testinin nəticəsinin səhv çıxmaq riskini azaltmaq üçün hansı qaydalara riayət edilməli olduğunu bildiriblər. Boyukmillet.com RBK-ya istinadən xəbər verir ki, ən yüksək kateqoriyalı həkim-terapevt Tatyana Romaşenko testdən əvvəl qida qəbul etməməyin və ağızı antiseptik məhlulla yaxalamamağın zəruri olduğunu vurğulayıb. Rusiya Xalqlar Dostluğu Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri Qalina Kojevnikova isə xəstənin başqa addımlarının da COVID-19 testinin nəticəsinin yanlış olmasına təsir edə biləcəyini açıqlayıb. …

Read More »

Nobel mükafatçısı Gəncədə valideynlərini itirmiş 3 yaşlı uşağa yardım ayırdı

Kimya üzrə Nobel mükafatının qalibi, ABŞ-ın Şimali Karolina ştatında yaşayan Türkiyə əsilli dünyaca məşhur alim Əziz Səncər Ermənistanın 17 oktyabr tarixində Gəncəyə raket atəşi nəticəsində hər iki valideynini itirmiş Xədicə Röyal qızı Şahnəzərovanın gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə xüsusi olaraq yaradılmış bank hesabına əhəmiyyətli miqdarda vəsait köçürüb. Bu barədə  Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən bildirilib. Əziz Səncər BBC-də yayımlanmış xəbərə istinadən Xədicənin həyatında …

Read More »

Türkiyə hərbçiləri Dağlıq Qarabağda 1 il olacaq

Türkiyə hərbçiləri Rusiya Federasiyası ilə birlikdə Dağlıq Qarabağda monitorinq mərkəzində bir il ərzində olacaqlar. Boyukmillet.com-un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Daha əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar deyib ki, Türkiyə hərbçiləri yaxın vaxtlarda Azərbaycana yola düşəcəklər. Onun sözlərinə görə, quru qoşunları hazırlığı qurtarıb.

Read More »

“Paşinyan dedi ki, etirazçıların hamısını öldürün” – Sensasion ittiham

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri, “Vətən” partiyasının lideri Artur Vanetsyan baş nazir Nikol Paşinyanla bağlı sensasion iddia irəli sürüb. Boyukmillet.com xəbər verir ki, o, bu gün Azadlıq meydanındakı mitinq zamanı Nikolun etirazçılara qarşı ağır cinayətlər törətməyi təklif etdiyini deyib: “Nikol Paşinyan hakimiyyətini qorumaq üçün son günlər yalan iddialarla gündəmə gəlir. Meydana toplaşan insanların sırf hakimiyyət uğrunda mübarizə apardıqlarını …

Read More »