Bazar , 22 Noyabr 2026
Drone Cameras

Qasparyan Paşinyana qarşı cinayət işi başlanılmasını tələb edir

Vəzifəsindən məcburən kənarlaşdırılan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan baş prokurora müraciət edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə yerli “ArmluR” portalı məlumat yayıb.

O, baş nazir Nikol Paşinyan və müdafiə naziri Vaqarşak Arutyunyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci bəndi üzrə (vəzifə səlahiyyətlərindən sui-istifadə, səhlənkarlıqdan ağır nəticələrə səbəb olduqda) cinayət işinin başlanılmasını tələb edir.

Check Also

Prokuror müxalifətçi hüquqşünas Namizəd Səfərova 8 il həbs cəzası istəyib

Həbsdə olan hüquqşünas Namizəd Səfərovun işi üzrə məhkəmə istintaqı başa çatıb, dövlət ittihamçısı onun 8 …