Cümə , 29 Mart 2024
Drone Cameras

Səfir Elmira Axundovadan növbəti biabırçı qalmaqal — Ukrayna polisi görüntüləri YAYDI (VİDEO)

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın adı yenidən avtoşluqda hallandırılır. 

Boyukmillet.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu dəfə Elmira Axundovanın adı Kiyevdə yol qaydalarını kobud şəkildə pozmaqda və xidməti avtomobilinin insanların üzərinə sürməkdə çəkilir. 

Belə ki, Ukraynanın Daxili İşlər Nazirliyinə bağlı “Operativ Kiyev” mərkəzi səfir Elmira Axundovanın xidməti avtomobillərindən biri olan “Toyota Land Cruiser”in Kiyevin mərkəzi küçələrində işıqforun qırmızı işığında keçdiyini əks etdirən video-görüntüləri yayıb. 

Sözügedən görüntülər Ukrayna mediasının əsas müzakirə mövzusuna çevrilib.

Yayılan görüntülərə görə, Ukrayna mətbuatı Azərbaycanın bu ölkədəki səfirliyinin diplomatlarını “harın padşahlar” adlandırıb.  

Xatırladaq ki, Elmira Axundovanın oğlu Həbib Axundov da tez-tez qalmaqallı məsələlərlə medianın gündəminə gəlir

Check Also

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım – FOTO

“Mən və atam teraktdan zərərçəkənlər üçün 100 milyon köçürdük”. Boyukmillet.com bildirir ki, bu sözləri Xalq artisti …