Cümə axşamı , 24 Aprel 2025

Gündəm

Bakıda və Abşeronda polis HƏRƏKƏTƏ KEÇDİ – Bu qaydaları pozanlar cərimələnir – FOTO/VİDEO

Paytaxt Bakı ilə yanaşı Sumqayıt şəhəri və Abşeron rayonunda da polis əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Abşeron rayonu Mehdiabad və Novxanı qəsəbələrində keçirilən reyd zamanı mövcud sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması məqsədi ilə qapalı məkanlar, …

Read More »

Məhkəmə sabiq icra başçısı barədə QƏRAR VERDİ

Səbail Rayon Məhkəməsində Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və digər vəzifəli şəxslərin barəsində seçilmiş qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Təqdimata hakim Mədinə Bağırovanın sədrliyi ilə baxılıb. Qərara əsasən, təqdimat təmin edilib və İ.Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbiri daha 3 ay uzadılıb. Həmçinin digər vəzifəli şəxslər barəsində seçilmiş qətimkan tədbirlərinin müddətinin artırılması …

Read More »

Smartfondan istifadə edən hərbçilər…. – Toplanan materiallar Hərbi Prokurorluğa göndərilib

Sosial şəbəkələrdə guya erməni kəşfiyyatçısını tutduqlarına görə xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular barədə yayılan məlumatlarla bağlı Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, həmin hərbçilərin guya erməni kəşfiyyatçısını tutduqlarına görə cəzalandırıldıqları haqda deyilənlər yalandır, uydurmadır və ordu rəhbərliyinə qarşı böhtandır: “Baş verənlərlə bağlı bunları bildiririk ki, bəzi hərbi qulluqçular Azərbaycan Ordusunda smartfon tipli telefonlardan istifadənin qadağan olunması barədə …

Read More »

Cəbhədə atəşkəs pozuldu: Pulemyotlardan və snayperlərdən…

Atəşkəs rejimi bu gecə də pozulub Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Tərtər …

Read More »

Millət Vəkili Məzahir Əfəndiyev gənclərlə onlain görüş keçirdib

Son günlər Ermənistanın işğalçı rejimi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə ayrı-ayrı ərəb dövlətlərindən, əsasən Livandan olan erməni qaçqınlarının məqsədli şəkildə yerləşdirilməsi, qeyri-qanuni məskunlaşma və beynəlxalq miqrasiya qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ölkədə, xüsusilə də gənclər arasında çox böyük narazılığa səbəb olmuşdur. Bu baxımdan 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyevin təşəbbüsü və ərazidəki gənclərin iştirakı ilə …

Read More »

“Beşinci kolon” Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına mane olur” – Professo

“Azərbaycan-Türkiyə münasibətləri inkişaf etməlidir. Azərbaycan 30 ildir müstəqildir və bu müddətdə Türkiyə hər zaman yanımızda olub. Xüsusilə, hərbi və təhsil məsələsində. Nəzərə alın ki, zamanında mən bu işin içində olmuşam, 160 şəxsi gizli şəkildə Türkiyənin hərbi akademiyalarında təhsil almağa göndərmişəm. Halbuki Türkiyə heç vaxt əcnəbi tələbələri hərbi məktəblərinə qəbul etməyib. Bu işin “mətbəxti”ni bildiyim üçün deyirəm ki, Türkiyə hər zaman …

Read More »

Prezident və Birinci vitse-prezidentin köməkçiləri, nazirlər toplandı – Baş Nazirin sədrliyi ilə iclas oldu + FOTO

Bu gün Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış İqtisadi Şuranın Baş Nazir Əli Əsədovun sədrliyi ilə ilk iclası keçirilib. Nazirlər Kabinetindən Mia.az-a verilən məlumata görə, iclasda Şuranın üzvləri – Azərbaycan Respublikası Prezidentinin köməkçiləri Şahmar Mövsümov və Natiq Əmirov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçiləri Emin Hüseynov və Xalid Əhədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri …

Read More »

Müxalifətçiliyi söyüşlə eyniləşdirən mühacir soydaşlarımızın cinayət məsuliyyətinə cəlbi – Azərbaycan diasporu içində ziyanlı prosesləri xeyli səngidəcək…

Ötən yazılarımızda Azərbaycan diasporunun geniş təşəkkülü və inkişafına mane olan faktorlar barədə ətraflı bəhs etmişik. Həmin yazılarımızda diasporumuza  maneçilik törədən başlıca xəttin radikal müxalif cameənin təbliğatı olduğunu qeyd etmişik.  Sözügedən dairələrin təsiri altında olan şəxslərin xaricə axını son illərdə sürətli hal alıb. Müxtəlif ölkələrdə məskunlaşandan sonra, həmin mühacirlərdən bəziləri təbliğat ruporu rolunda çıxış etməyə başladı. Vətəndə olanda jurnalistika ilə yaxından-uzaqdan …

Read More »

“Son illərdə təkcə Bakı şəhərində təxminən yüzdən artıq yeraltı və yerüstü piyada keçidləri inşa edilib” – Aydın Quliyev

“Azərbaycanda yeraltı və yerüstü piyada keçidlərinin tikilməsi ölkəmizdə şəhər infrastrukturlarının daha da təkmilləşdirilməsi, piyadaların  təhlükəsiz hərəkətinin təmin olunması və eləcə də avtomobil nəqliyyatının fəaliyyətinin rəvan bir səviyyəyə çatdırılması üçün olduqca böyük bir əhəmiyyətə malikdir.” Bu fikirləri  Olaylar.az açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev Prezident İlham Əliyevin Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak etməsinə münasibətini açıqlayarkən …

Read More »

Yüksək rütbəli azərbaycanlı məmurların kürəkənlərinə məxsus şirkətlər – SİYAHI+FOTOLAR

Xəbər verdiyimiz kimi, karantin qaydalarını pozaraq övladına toy edən və buna görə 15 gün müvəqqəti istintaq təcridxanasında saxlanılan Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev barəsində sosial şəbəkələrdə və mətbuatda çoxsaylı məlumatlar yayıldı. Boyukmillet.com xəbər verir ki, yayılan məlumatlardan sonra sosial şəbəkələrdə digər sabiq məmurların, o cümlədən də sabiq nazirlərin kürəkənləri də müzakirəyə çıxarılıb.Maraqlı olacağını nəzərə …

Read More »