Müsavat partiyasının keçmiş sədr müavini Tofiq Yaqubluya verilən hökmdən apelyasiya şikayəti verilib. Boyukmillet.com-un verdiyi xəbərə görə, bu barədə onun vəkili Aqil Layıc məlumat verib. O bildirib ki, apelyasiya şikayətində T.Yaqubluya qarşı olan bütün ittihamların götürülməsi və qısa zamanda azadlığa buraxılması istənilib. Xatırladaq ki, Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. …
Read More »Sabahdan Bakının girişindəki postlar yığışdırılır – RƏSMİ
Daxili İşlər Nazirliyi Bakıdan rayonlara gediş-gəlişin açılması ilə bağlı açıqlama verib. DİN Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polkovnik Kamran Əliyev açıqlamasında bildirib ki, bu gecə saat 12-dən etibarən karantin postları fəaliyyətini dayandıracaq: ”Postlar əsas etibarilə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmiş inzibati ərazilərə giriş-çıxışa tətbiq olunmuş məhdudiyyətlərə nəzarət edilməsi məqsədilə təşkil edilmişdi. Lakin ictimai nəqliyyat vasitələri ilə sərnişin …
Read More »Fizuli Məmmədov: “Azərbaycan dövlətinin inkişafına, onun beynəlxalq imicinə böyük zərbələr vuran antimilli ünsürlərin bir qismi cəzalansada təəssüf ki, hələdə bir qismi yüksək dövlət postlarında qalmaqdadırlar…”
Fizuli Məmmədov: “Azərbaycan dövlətinin inkişafına, onun beynəlxalq imicinə böyük zərbələr vuran antimilli ünsürlərin bir qismi cəzalansada təəssüf ki, hələdə bir qismi yüksək dövlət postlarında qalmaqdadırlar…” Dəyərli dostlar, iki gün öncə (4 sentyabrda) Oxu.az sayıtında gedən “Ramiz Mehdiyev və Əli Həsənovun Qurban Məmmədova bəxş etdiyi mülklər-siyahı” başlıqlı yazının içərisində “Yeri gəlmişkən, Əli Həsənovla Abdin Fərzəliyevin yaxınlığı sirr deyil. Dəfələrlə müəmmalı və …
Read More »Sahibkarların pulunu verməyən Zakir Fərəcov indi də Türkiyənin bayrağı və şəhid plakatını sökdürür – VİDEO
Uzun müddətdir ki, Sumqayıtın abadlaşmasında iştirak edən sahibkarların pulunu mənimsəməkdə ittiham olunan Sumqayıtın icra başçısı Zakir Fərəcov indi də yeni qalmaqalla gündəmə gəlib. Azinforum.az-a təqdim olunan videodan görünür ki, Tovuz hadisələri zamanı şəhid olan general Polad Həşimov və başqalarının xatirəsinin anılması üçün Sumqayıtda ucaldılan plakatın və Türkiyə bayrağının sökülməsinə cəhd olunub. Həmin hadisəni törətmək istəyənlər özlərini rəsmi qurumların əməkdaşları kimi …
Read More »Sabir Rüstəmxanlı Yardımlıda arxeoloji qazıntılarla tanış olub
Məlum olduğu kimi Yardımlı rayon ərazisində qədim tariximizə aid mühüm bir arxeoloji mənbə aşkarlanıb. Antik dövr üzrə Yardımlı-Lerik arxeoloji ekspedisiyası Urağaran kəndinin Bilgəh adlanan sahəsində tədqiqatlara başlayıb və ilkin rəyə görə burda aşkarlanan tapıntılar ən azı 2000 əvvələ aiddir. Azərbaycan, xüsusən Yardımlı bölgəsi qədim tariximizə işıq salan belə abidələrlə zəngindir. Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir …
Read More »Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində açıq sahədə yanğın olması barədə məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata görə, 600 m² sahədə qamışlıq yanıb.
Read More »DSX Ağstafada 7 top mərmisi aşkarladı
Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Köhnə Qışlaq kəndi ərazisində 7 ədəd mərminin tapılması barədə məlumat daxil olub. ANAMA-dan “Report”a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili …
Read More »Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı – RƏSMİ
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Turkustan.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 37 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 705 nəfər müalicə olunaraq sağalıb, 548 nəfər vəfat …
Read More »Cəbhədə gərgin gecə: Tovuz və Gədəbəy…
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 65 dəfə pozub.Boyukmillet.com Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində, Vayk …
Read More »Jurnalistlərin 3-cü binası haqda… KİVDF-dən AÇIQLAMA
Bakının Bibiheybət qəsəbəsində tikilən 3-cü “Jurnalist binası” istifadəyə, demək olar ki, hazırdır. Jurnalistlər Milli Mətbuat günündə evlərin veriləcəyini düşünürdülər, amma belə olmadı.Bu səbəbdən də media nümayəndələrinin bina ilə bağlı müzakirələri səngimək bitmir. Bəziləri mənzillərin verilməsi şərtlərinin dəyişdirildiyini düşünür. “Jurnalist binası”nın açılış mərasiminin dekabr ayında olacağını bildirənlər də var. Hər kəsi “mənzillər nə zaman və hansı şərtlərlə veriləcək” sualı maraqlandırır ki, bununla …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
