Cümə axşamı , 8 May 2025

Gündəm

“Qarabağ” yatağının çıxarılabilən neft ehtiyatlarının həcmi açıqlandı

“Qarabağ” yatağının ümumi ehtiyatları 60 mln tondan çox qiymətləndirilir. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə “Qarabağ” əməliyyat şirkətinin layihə rəhbəri Ağamalı Qurbanov deyib. Onun sözlərinə görə, yataqdan çıxarılabilən neft ehtiyatları 21 milyon tondan artıq, qaz ehtiyatları isə 13 milyard kubmetr hesablanır. “Yataqda inşa olunacaq platformadan 6 neft quyusunun, 3 su vurma quyusu və 2 sualtı qaz quyusunun qazılması planlaşdırılır. Yataqdan gündəlik 5 min tondan çox, maksimum 4,5 mln kubmetr qaz hasilatı nəzərdə tutulur”. Qeyd edək ki, yataqda hasilata 2022-ci …

Read More »

Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir – Nazir

Biz əməkdsaşlığımızın mərkəzinə olan bütün məsələləri müzakirə etdik və ölkələrimizin ərazi bütövlüyünə qarşılıqlı dəstəyimizi ifadə etdik.  Boyukmillet.com–un məlumatına görə, bunu Bakıda səfərdə olan Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili işlər naziri Neboyşa Stefanoviç jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, görüş zamanı bütün münaqişələrin BMT-nin prinsipləri əsasında sülh yolu ilə həllinin vacibliyi vurğulanıb: “Düşünürəm ki, bu, münaqişə …

Read More »

Millət vəkili iki oğlunun təhsili üçün 300 min dollar xərcləyib – FOTO

“Dubayda Amerikan Universiteti adlanan özəl ali məktəb var. Varlı ərəblərdən biri açıb, prestij üçün Amerikadan da bir neçə müəllim də dəvət edib. Birləşmiş Ərəb Əmirliklərində reytinqinə görə 8-ci, dünyada 4064-cü sırada dayanır. İndi bu universitet də dəb olub, bizim bir çox məmurlar öz savadsız uşaqlarını diplom dalınca ora göndərirlər, illik 85.000-90.000 dirhəm (23 min dollardan artıq) təhsil haqqı ödəyirlər. Üstəlik …

Read More »

Sahibkarlar məmur Sahib Quliyevin imzası ilə dövlət qurumlarına göndərilən məktuba etiraz edir – “Ağ yalan danışır”

Redaksiyamıza Sumqayıt şəhərində abadlıq işləri aparıb, bunun müqabilində pullarını icra başçısı Zakir Fərəcovdan ala bilməyən bir qrup sahibkarın imzası ilə etiraz məktubu daxil olub. Sahibkarların başlıca etirazı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyevin Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənova rəsmi məktub vasitəsilə verdiyi cavabla bağlıdır. Qeyd edək ki, …

Read More »

Azərbaycan-Türkiyə təlimləri Quru Qoşunlarının iştirakı ilə davam edir – VİDEO

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir. Boyukmillet.com xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, bu mərhələdə Quru Qoşunlarının bölmələri mürəkkəb taktiki elementləri məşq ediblər. Bölmələr müasir döyüş vasitələrindən istifadə edərək şərti düşmən hücumunun dəf edilməsi tapşırıqlarını yerinə yetiriblər. 

Read More »

Koronavirusla mübarizə: ÜST rəhbəri ilk dəfə ümidli danışdı

“Koronavirusla mübarizədə ümid qığılcımı görünür”. Boyukmillet.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhəri Tedros Qebreyesus Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib. ÜST rəhbəri qeyd edib ki, indiki vəziyyət ağırdır və dünya üçün çox çətin andır: “Ancaq ümid işığı da görünür. Koronavirusu məhv etmək heç zaman gec deyil”. Xatırladaq ki, hazırda dünyada koronavirusa yoluxmaya dair 20 milyondan artıq fakt qeydə alınıb. Ölü …

Read More »

Cavid Qurbanov videokonfrans keçirdi – Foto

“Azərbaycan Dəmir Yolları” QSC-də ölkə başçısının çıxışından irəli gələn məsələlərlə bağlı videokonfrans formatında geniştərkibli iclas keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda Prezident İlham Əliyevin 06 avqust 2020-ci il tarixində koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə dövlət şirkətləri, o cümlədən QSC-nin fəaliyyəti barədə səsləndirdiyi fikirlərdən irəli gələn məsələlər müzakirə olunub. Qeyd edilib ki, dövlət başçısının rəhbərliyi …

Read More »

“15 sentyabrda başlanan dərslər belə keçirilməlidir” — AÇIQLAMA

Sentyabrın 15-dən Azərbaycanda dərslərin ənənəvi qaydada keçirilməsi nəzərdə tutulur. Məktəbdə sıxlığın yaranmaması və şagirdlər arasında yoluxmanın olmaması yoluxmanın artmasının qarşısını almaq üçün aşağı siniflər üçün dərslər birinci, yuxarı siniflər üçün ikinci növbədə keçirilə bilərmi? Boyukmillet.com  xəbər verir ki, bununla bağlı konkret.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, məlum olduğu kimi, keçən həftə Təhsil Nazirliyi tərəfindən növbəti tədris ilində məktəblərin açılması …

Read More »

İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib. Boyukmillet.com xəbər verir ki, bu dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur. Sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

Read More »