Şənbə , 6 Dekabr 2025

Gündəm

Daha bir xəstəxananın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edildi

18 saylı Birləşmiş şəhər xəstəxanasının vəzifəli şəxslərinin və qeyrilərinin qanunsuz əməlləri ilə əlaqədar vətəndaşlardan daxil olan müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Aparılan istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan xəstəxananın …

Read More »

Ermənilərdən türk ailəyə DƏHŞƏTLİ HÜCUM – YARALILAR VAR

Fransada 40 nəfərlik radikal erməni qrupun türk ailəsinə hücum etməsi nəticəsində 4 nəfər yaralanıb. Boyukmillet.com  xəbər verir ki, radikal ermənilər Saint-Die-Des Vosges qəsəbəsində türk ailənin evinə daxil olaraq onlara hücum edib. Ailənin adını açıqlanmayan üzvü türk mediasına deyib ki, aprelin 24-də bir erməni oğlunun üzərinə avtomobil sürüb və bu zaman mübahisə yaranıb. Bu hadisədən sonra ermənilər dünən 40 nəfərlik qrupla …

Read More »

Paşinyan vəzifəsindən istefa verdi

Ermənistan Baş naziri Nikol Paşinyan istefa verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Paşinyan xalqa müraciətində deyib. “Konstitusiya müddəalarını həyata keçirmək və parlamenti buraxmaq üçün bu gün istefa verirəm”, – Paşinyan bildirib.

Read More »

ABŞ-ın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı – Türkiyədəki ABŞ-ın diplomatik qurumları bağlanır

ABŞ-ın Ankaradakı səfiri David Satterfild Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Türkiyə XİN məlumat yayıb. Bəyanatın beynəlxalq hüquq baxımından qanunsuz olduğu səfirin diqqətinə çatdırılaraq bildirilib ki, bu açıqlama Türkiyə xalqını dərindən təsirləndirib və Türkiyə-ABŞ əlaqələrinə dərin yara vurub. ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” bəyanatından sonra bu ölkənin Türkiyədəki diplomatik nümayəndəlikləri təhlükəsizlik səbəbindən müvəqqəti olaraq bağlanacaq. Qeyd olunub …

Read More »

Ərdoğandan erməni patriarxa çağırış: Qarabağdan sonra…

Artıq türklər və ermənilər olaraq bütün maneələri birlikdə aşmaq üçün inkişaf etdiyimizi nümayiş etdirməliyik. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin erməni patriarxı Sahak Maşalyana məktubunda bildirib. “Hamınızın da bildiyi kimi, bu məsələdə həmişə səmimi davranmış və məsələni öz məcrasında həll etməyə çalışmışıq. Ermənistanla münasibətlərimizi mehriban qonşuluq və qarşılıqlı hörmət əsasında inkişaf etdirməyə hazır olduğumuzu həmişə …

Read More »

Ermənilərin köçürülməsi qərarını kim verib? – Foto

Bu gün bütün Avropada nəinki türkofobiya, həmçinin islamofobiya da çox körüklənir. Bu əlbəttə, liberal dəyərlərlə pərdələnərək ictimai şüurlara hökm kəsilməyə başlayan avropa milliyətçiliyidir. Bunun da əsas təbiğçiləri Fransa və Almaniyadır. Əslində Almaniya siyasiləri çox gözəl anlayırlar ki, Birinci Dünya savaşında bütün cəbhələrdə baş verən proseslərə Almaniya hərbi komandalığı məsuliyyət daşıyırdı. Çünki bütün Osmanlı cəbhəsindəki hərbi və mülki əməliyyatlar öncə alman …

Read More »

Məhərrəmovların “kitabı” niyə bağlandı? – SƏBƏBLƏR

Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun oğlu Anar Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı müzakirələr səngimir. Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi olmuş Anar Məhərrəmovun atasının güdazına getdiyi iddiası var. Abel Məhərrəmov oğlunun geri çağırılmasından sonra açıqlamasında onun işsiz qalmayacağına ümid etdiyini açıqlayıb. Lakin onun ümidlərinin doğrulmayacağı …

Read More »

Türkiyə PA ABŞ-ı qondarma “erməni soyqırımı”nı tanımaqdan imtina etməyə çağırdı

ABŞ qondarma “erməni soyqırımı”nı tanımaqdan imtina etməlidir. Bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər. Qeyd olunub ki, uydurulmuş “erməni soyqırımı”nın tanınması Vaşinqton üçün tarixi səhv olacaq: “ABŞ-ın 1915-ci il hadisələrini qondarma “erməni soyqırımı” kimi qiymətləndirməyə haqqı yoxdur, çünki bunu sübut edən heç bir tarixi fakt mövcud deyil”. Prezident Administrasiyasından bildiriblər ki, “erməni soyqırımı”nı tanımaqla ABŞ erməni diasporunun girovu olduğunu bütün dünyaya …

Read More »

Azərbaycanlı əsirlərə işgəncə verən erməninin həbs müddəti uzadılıb

Bakı Hərbi Məhkəməsində Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verən, İkinci Qarabağ Müharibəsində hərbiçilərimizə əsir düşən Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb. Boyukmillet.com APA-ya istinadən xəbər verir ki, keçirilən prosesdə təqdimat təmin edilib. L. Mkrtçyanın barəsindəki həbs müddəti daha 4 ay uzadılıb. Qeyd edək ki, Lüdviq Mkrtçyan Azərbaycan Cinayət Məcəlləsinin 113-cü (tutulmuş və …

Read More »

Arutyunyan Moskvaya köçür

Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçı rejiminin tör-töküntülərinin başçısı Araik Arutyunyan həyat yoldaşı ilə birgə bir neçə gündür Moskvada səfərdədir. Boyukmillet.com xəbər verir ki, bunu “Qraparak” qəzeti yazıb. Məqalədə qeyd olunub ki, səfər heç də könüllü xarakter daşımır: “Araik Arutyunyanı Moskvaya təlimatlandırmaq üçün çağırıblar. Rusiya xüsusi xidmət orqanları onun Ermənistan hakimiyyətinə itaət etməsindən, onların sözü ilə oturub-durmasından narahatdır. Ona görə də …

Read More »