Bazar , 19 Yanvar 2025

Gündəm

Daha bir məmurun Praqadakı şirkətləri üzə çıxdı – Fotofaktlar

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Texniki Nəzarət Qruplarının işi üzrə Əlaqələndirici İdarəsinin rəisi Hacıqulu Sadıqovun Praqada şirkəti haqqında məlumat yayılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb: Onun sözlərinə görə, Hacıqulu Sadıqov Çexiyada daşınmaz əmlak şirkəti açıb, evlər alıb. Şirkətinə də bir hissəsinə Füzuli rayonunun adı verilib. Sənədlərə görə, Bakı şəhəri Nərimanov 77/44-də yaşayan 1959-cu il təvəllüdlü …

Read More »

Bu gündən bütün icazələr ləğv ediləcək – RƏSMİ

“5 iyul tarixindən bütün icazələr silinəcək. Hər bir təşkilat işə çıxmalı olan əməkdaşları üçün yenidən icazə almalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. “Aparılan təhlillər onu göstərir ki, bəzi təşkilatlar icazə portalından sui-istifadə edirlər. Buna görə də bəzi icazələr silinib və təşkilatlara bununla bağlı məlumatlar göndərilib”, – o …

Read More »

“ASAN xidmət” icazə sistemi ilə bağlı yeni məlumat yaydı

“Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir”. Bu barədə Open.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. “Öncədən bir neçə dəfə xəbərdarlıq edildiyi …

Read More »

Daha bir rayon su böhranı ilə üz-üzə

Azərbaycanın daha bir rayonunda su çatışmazlığı yaşana bilər. Boyukmillet.com xəbər verir ki, Cənub-Muğan kanalının Biləsuvar rayonundan keçən hissəsində suyun azalması sakinlərin ciddi narahatlığına səbəb olub. Kanalda suyun quruması rayonun Ağalıkənd, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərində su çatışmazlığına səbəb olub. Yerli sakinlərin sözlərinə görə, son bir ayda həmin kəndlərə su fasilələrlə verilib. Artıq bir neçə gündür ki, Cənub-Muğan kanalının …

Read More »

AQTA 69 obyektdə pozuntu aşkarladı

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir. AQTA-dan Open.az-a verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən 04 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 44 ictimai iaşə obyekti, …

Read More »

Elektron icazə portalında problem yaranıb, sahibkarlar qeydiyyatdan keçə bilmir

Xəbər verdiyimiz kimi, bu gündən etibarən “icaze.e-gov.az” portalından alınan bütün elektron icazələr silinib. Open.az xəbər verir ki, bu “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə tətbiq edilən bir sıra yeniliklərlə bağlıdır. Fəaliyyətinə icazə verilmiş bir sır sahələrdə çalışan insanlar portaldan qeydiyyatdan keçmək istəsələr də problemlə üzləşiblər. Onların iddiasına görə, sistem daxil edilən məlumatları tanımır. “ASAN Xidmət”in 108 çağrı mərkəzindən isə …

Read More »

Bakıda istirahət mərkəzində karantini pozan qadınlar saxlanıldı

Paytaxtın Xəzər rayonunda istirahət mərkəzlərindən birində xüsusi karantin rejim qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan ad günü şənliyinin iştirakçıları müəyyən olunaraq saxlanılıb. Boyukmillet.com xəbər verir ki , Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ad günü şənliyindən yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq …

Read More »

DYP: Ötən gün 542 avtomobil geri qaytarılıb

Boyukmillet.com Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 04.07.2020-ci il saat 00:00-dan 05.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1422 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, …

Read More »

Türkiyə koronavirusla mübarizədə Azərbaycana yardım göndərib

Türkiyə koronavirus pandemiyasının yayılmasından bu günə qədər yüzə yaxın ölkəyə tibbi ləvazimat köməkliyi göstərib və bu çərçivədə qoruyucu ləvazimat ilə dərman preparatları göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, bu gün Türkiyədən Azərbaycana 30 ədəd ventilyator, 55.000 ədəd kombinezon, 50.000 ədəd N95 maska, 100.000 ədəd cərrahi maska, 5.000 tibbi eynək, 200.000 …

Read More »

Ermənistan Araz çayını ekoloji fəlakətlə üz-üzə qoydu – Çirklənmə pik həddə çatdı / FOTOLAR

Ermənistanın nüvə tullantılarının Araz çayına axıdılmasına görə Parsabad əhalisinin əksəriyyətinin xərçəng xəstəliyinə tutulması ilə bağlı İranın Ali Vilayətlər Şurasında Ərdəbil nümayəndəsinin xəbərdarlığından sonra, Araz çayında böhranlı vəziyyətin yarandığını göstərən şəkillər yayılıb. Boyukmillet.com xəbər verir ki, son günlərdə Araz çayından yayılan görüntülər, Ermənistandan axıdılan yüksək konsentrasiyalı sənaye və nüvə tullantıları səbəbindən çayda minlərlə balıq və krevetkanın tələf olduğunu göstərir. Sosial mediada …

Read More »