Şənbə , 7 Noyabr 2026

Gündəm

Türkiyə koronavirusla mübarizədə Azərbaycana yardım göndərib

Türkiyə koronavirus pandemiyasının yayılmasından bu günə qədər yüzə yaxın ölkəyə tibbi ləvazimat köməkliyi göstərib və bu çərçivədə qoruyucu ləvazimat ilə dərman preparatları göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, bu gün Türkiyədən Azərbaycana 30 ədəd ventilyator, 55.000 ədəd kombinezon, 50.000 ədəd N95 maska, 100.000 ədəd cərrahi maska, 5.000 tibbi eynək, 200.000 …

Read More »

Ermənistan Araz çayını ekoloji fəlakətlə üz-üzə qoydu – Çirklənmə pik həddə çatdı / FOTOLAR

Ermənistanın nüvə tullantılarının Araz çayına axıdılmasına görə Parsabad əhalisinin əksəriyyətinin xərçəng xəstəliyinə tutulması ilə bağlı İranın Ali Vilayətlər Şurasında Ərdəbil nümayəndəsinin xəbərdarlığından sonra, Araz çayında böhranlı vəziyyətin yarandığını göstərən şəkillər yayılıb. Boyukmillet.com xəbər verir ki, son günlərdə Araz çayından yayılan görüntülər, Ermənistandan axıdılan yüksək konsentrasiyalı sənaye və nüvə tullantıları səbəbindən çayda minlərlə balıq və krevetkanın tələf olduğunu göstərir. Sosial mediada …

Read More »

Pandemiyanın daha geniş şəkildə yayılmasının qarşısının alınması istiqamətində işlər davam edir.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonda koronavirus pandemiyasına qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar rayon bələdiyyələrinin sədrləri ilə videomüşavirə keçirib. Videomüşavirədə “İnzibati icraat haqqında” Qanundan irəli gələn məsələlər və Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara …

Read More »

Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb

İyulun 4-də Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıb. Mərasimi təşkil edilən şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.Araşdırmalarla məlum olub ki, rayonun Kolayır kənd sakini Xaliqə Hüseynova iyul ayının 2-də vəfat edən 96 yaşlı …

Read More »

“Qızdırması düşmüşdü, KT-də bu diaqnoz çıxdı” — Etibar Babayevin xanımı

Koronavirusdan dünyasını dəyişən AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Babayev dəfn olunub. Boyukmillet.com xəbər verir ki, dəfn mərasimində mərhumun az sayda yaxınları iştirak edib. Etibar Babayevin həyat yoldaşı Səyyarə Babayeva dövlət televiziyasına açıqlama verib. O, açıqlamasında bildirib ki, E.Babayev iki gün ev şəraitində müalicə alıb və temperaturu 37 dərəcə olub:“İki gün evdə idi, bir az …

Read More »

DYP: 629 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 02.07.2020-ci il saat 00:00-dan 03.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 564 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 55 nəfər …

Read More »

Paytaxtda karantini pozan kafenin icarədarı və müştəriləri cərimələndi

Paytaxtın Xətai rayonunda rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydlarına əməl etməyən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, Xətai RPİ və 37-ci PŞ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Nobel prospektində “Günəş” kafesinin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 5 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun …

Read More »

Əməkdar artist Bəhram Bağırzadənin səhhəti ilə bağlı hər şey yaxşıdır

“Əməkdar artist Bəhram Bağırzadənin səhhəti ilə bağlı hər şey yaxşıdır və hər gün klinik vəziyyətində müsbət dinamika davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov deyib. O bildirib ki, B.Bağırzadə hələ trakeostoma vasitəsilə süni tənəffüs aparatında nəfəs alır: “Artıq ağciyər və bədənin reabilitasiyasına başlanılıb. Müalicə həkimləri və …

Read More »

Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb

Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Open.az-a verilən məlumata görə, iyul ayının 3-də Qazax Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən “Sərin Göl” restoranında nişan mərasimin keçirliməsi barədə məlumat daxil olub. Dərhal RPŞ-nin əməkdaşları adıçəkilən restorana gələrək nişan mərasimini dayandırıb, obyekt sahibi və digər qonaqlar saxlanlıraq polis şöbəsinə gətirilib. Şöbədə aparılan müvafiq …

Read More »

Bakı metrosu bu gündən iyulun 20-dək işləməyəcək

Bu gündən “Bakı Metropoliteni” QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 2-də qərar verib. Qərara əsasən, 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb. Qeyd edək ki, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və …

Read More »