Şənbə , 7 Noyabr 2026

Gündəm

Bakı metrosu yenidən fəaliyyətini dayandırır – RƏSMİ

Boyukmillet.com xəbər verir ki, İyulun 4-ü, saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır. Xatırladaq ki, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.

Read More »

Sərt karantin rejimi UZADILDI

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və  Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib. Boyukmillet.com xəbər verir ki, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki …

Read More »

AzTV-nin ölən əməkdaşının səsyazısı haqda – Rəsmi açıqlama

TƏBİB AzTV-nin koronavirusdan dünyasını dəyişmiş əməkdaşı Samir Nemətzadənin 1 saylı Klinik Tibbi Mərkəzdəki vəziyyətlə bağlı yaydığı səsyazısına münasibət bildirib.   Qurumun mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, ötən gün sosial şəbəkələrdə koronavirusdan dünyasını dəyişən Azərbaycan Televiziyasının əməkdaşı Samir Nemətzadənin səsyazısı yayılıb: “Bildiririk ki, S.Nemətzadə özəl klinikalardan birində müayinə olunduqdan sonra ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. …

Read More »

“Mənim oğlanlarım həyatı boyu içki içməyib, siqaret çəkməyib” – Sabiq millət vəkili

“Oğlanlarım ömrü boyu içki içməyib”.Bunu Qaynarinfo-ya açıqlamasında sabiq millət vəkili Elton Məmmədov oğlu Aynar Məmmədovun sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı xəbərdən danışarkən deyib.  Onun sözlərinə görə, yayılan məlumat həqiqəti əks etdirmir:“Mənim oğlanlarım həyatı boyu içki içməyib, siqaret çəkməyib, idman sahəsində böyük nüfuz sahibidirlər. Karantin dövründə evdən çölə də çıxmayıblar. Başlarına daş salıb mənim oğlanlarım? …

Read More »

Koronavirusdan vəfat edən Samirin ölümündən əvvəlki səsyazısı haqda araşdırma başladı – VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün AzTV-nin rejissoru Samir Nəcəfzadə koronavirusdan dünyasını dəyişib. Boyukmillet.com xəbər verir ki, S. Nəcəfzadənin ölümündən əvvəl ailəsinə göndərdiyi səsyazısı sosial şəbəkələrdə müzakirə edilib. Mərhum müalicə aldığı xəstəxanada vəziyyətin pis olduğunu, xəstələrə yaxşı baxılmadığını bildirib. O, boğulduğunu və maskayla zorla nəfəs aldığını, xəstəxananın sanitar qovşağında yer olmadığını diqqətə çatdırıb: “Vəziyyət çox pisdir. Biri ordan qışqırır, biri burdan. …

Read More »

Bəhram Bağırzadə komadan ayıldı

“Bəhram Bağırzadə vəziyyətinə uyğun olaraq, ECMO cihazından ayırsalar da, süni tənəffüs aparatına qoşulu vəziyyətdədir”. Boyukmillet.com verir ki, bunu Oxu.Az-a açıqlamasında Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib. O bildirib ki, həkimlər hər gün Bəhramın vəziyyətinin yaxşılığa doğru getdiyini deyirlər: “Hazırda səhhətində müsbət dəyişikliklər gedir. Aparılan müayinələrdən məlum olur ki, yekun nəticələr ürəkaçandır. Bir saata yaxındır ki, ayılıb. Vəziyyəti …

Read More »

“Hüsniyəni yazdığı statusa görə işdən çıxarıblar”

Müğənni Nura Suri AzTV-də efir qadağasına məruz qaldığını iddia edib. Boyukmillet.com xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Sənətçi, eyni zamanda aparıcı Hüsniyə Məhərrəmovanın feysbukda yazdığı statusa görə işdən kənarlaşdırıldığını qeyd edib: “Bir dostum zəng etdi ki, AzTV, Mədəniyyət TV məni “zapret”ə qoyub, bir çox tədbirlərə də dəvət olunmayacağam. Niyə? Hüsniyə Məhərrəmovanı da yazdığı statusa görə işdən …

Read More »

DYP: Polis postlarının götürülməsindən sui-istifadə edilməməlidir

“Əhali narahat olmasın, əhaliyə qarşı hər hansı qanunsuz hərəkətə yol verilməyəcək”. Boyukmillet.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. O bildirib ki, qanunu pozanlarla bağlı tədbirlər qanun çərçivəsində həyata keçiriləcək: “Xahişimiz odur ki, hər kəs sərtləşdirilmiş karantin rejiminə ciddi riayət eləsin. Yəni, “sms icazə” almadan çölə çıxmasın, …

Read More »

“Milli Məclisdə oturub qadağaları sadalamaqla iş bitmir” – Xalq artisti

Xalq artisti Nurəddin Mehdixanlının müsahibəsini təqdim edirik… – Nurəddin müəllim, bəzi deputatlar karantin rejiminin sərtləşdirilməsini, hətta ölkədə fövqəladə vəziyyət elan olunmasını təklif edirlər. Bu çağırışları necə qiymətləndirirsiniz? – Bilirsiniz, mənə elə gəlir ki, bu virusun böyük bir bəla olduğunu artıq bütün dünya qəbul edib. Bəladan xilas olmağın yolları da artıq 2-3 aydır deyilir. Bunlar şəxsi gigiyena, sosial məsafə və maskadan …

Read More »

Deputat örnəyi: Sabir Rüstəmxanlı Neftçalanın su savaşında ön cəbhədə…

Deputatın şəxsi vəsaiti ilə içməli sudan əziyyət çəkən sakinlərə su paylanıb və bu iş problem qaldıqca davam etdiriləcək… Son günlər Neftçala rayonunda içməli suyun şorlaşması, rayon sakinlərinin həyatında yaranan problemlər ciddi narahatçılıq yaradıb. Boyukmillet.com xəbər verir ki, Kür çayının səviyyəsinin aşağı düşməsi Salyan və Neftçalada içməli su probleminin yaranmasına səbəb olub. Bildirək ki, problemin ilk günündən Neftçalanın deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı məsələni ictimailəşdirmiş, həm ölkə …

Read More »