Mübariz Mənsimovun həbs olunması xəbəri həqiqəti əks etdirmir. O, İstanbul polisi tərəfindən dindirilmək üçün saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında azərbaycanlı jurnalist Fuad Abbasov deyib. “Mənsimov bazar günü səhər saatlarında saxlanılıb. Evində və iş yerində axtarış aparılıb. Mənsimov hazırda axtarış zamanı polisin əlinə keçən bəzi materiallar əsasında dindirilir. İstanbul məhkəməsi tərəfindən Mənsimova qarşı həbs qətimkan tədbiri seçilməyib. Bu prosses …
Read More »TƏCİLİ – Azərbaycanda vəzifəli şəxs koronavirusa görə karantinə alındı
Ağsu rayonundan iki nəfər koronavirusla bağlı karantinə götürülüb. Boyukmillet.comxəbər verir ki, Ağsu rayonunun Padar kənd sakini Umudov Əvəz Sabir oğlu bir müddət əvvəl həyat yoldaşını İrana müalicəyə aparıb. Müalicədən qayıdarkən yoxlanış zamanı o və həyat yoldaşı müayinə məqsədilə karantinə alınıb. Hazırda hər iki şəxsin karantində saxlanıldığı deyilir. Xatırladaq ki, Ə.Umudov əvvəllər Padar kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb. /Oxu.az/
Read More »Sevindirici xəbər: Sağalanların sayı çoxalır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 16-na olan son hesabatını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, hesabata əsasən, koronavirusa yoluxan ölkələrin sayı 157-yə çatıb. Virusa ümumi yoluxanların sayı 169 min 610 nəfər təşkil edib. Gün ərzində yoluxanların sayında azalma müşahidə olunub. Belə ki, son sutka ərzində dünya üzrə cəmi 192 yoluxma hadisəsi qeydə alınıb. ÜST-nin hesabatına əsasən, sutka ərzində 15 yeni ölüm hadisəsi …
Read More »Dünya ölkələri koronavirusa yoluxma sayına görə Çini ötdü
Çindən kənarda koronavirusla yoluxma hallarının ümumi sayı Çin Xalq Respublikasında yoluxma hallarının sayını ötüb. Bununla bağlı rəqəmlər Çin hakimiyyətinin müxbirlər tərəfindən yığılmış rəsmi bəyanatları və 120-dən çox ölkədə ekspertlərin hesablamalarında qeyd edilib.Hazırda Çində koronavirusa 81 min 28 yoluxma hadisəsi qeydə alınıb, ölkədən kənarda isə 81 min 321 nəfər koronavirus xəstəsidir.Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan …
Read More »Azərbaycanda daha 2 nəfərdə koronavirus aşkarlandı
Azərbaycan Respublikasında 2 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Boyukmillet.com Nazirlər Kabinetinin yanında Operativ Qərargaha istinadən xəbər verir ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri sabitdir. Qeyd edək ki, hazırda Azərbaycanda 18 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. …
Read More »Azərbaycanın Fransadakı səfirliyi bu ölkədəki soydaşlarımıza müraciət etdi
Azərbaycanın Fransadakı səfirliyi bu ölkədəki həmvətənlərimizə müraciət ünvanlayıb. Boyukmillet.com xəbər xəbər verir ki, səfirlik Fransada olan və vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarını mövcud vəziyyətdən irəli gələn məsələlərin, habelə qarşılaşdıqları problemlərin təxirəsalınmaz və operativ həllinə kömək etmək məqsədilə konsulluq bölməsinə müraciət etməyə çağırıb. Müraciətdə koronavirusun (COVİD-19) dünyanın müxtəlif regionlarında, xüsusən Avropada sürətlə yayıldığı və bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiyanın …
Read More »Mübariz Mənsimovun meneceri də həbs edildi
Palmali Holdinqin İdarə Heyətinin sədri Mübariz Mənsimovla birlikdə şirkətin meneceri Nuray Nurcahan Peker də həbs olunub. Boyukmillet.com xəbər verir ki, Türkiyə mediasının yazdığına görə, onların FETÖ üzvü olduğu və təşkilatın yüksək səviyyəli rəhbərliyi ilə əlaqələrinin olduğu bildirilir. Xəbərdə qeyd edilir ki, M. Mənsimovun telefon zəngləri araşdırılarkən FETÖ rəhbərliyində olan Hamdi Akın İpek, Suat Yıldırım və Süleyman Uysal ilə davamlı əlaqəsinin olduğu, …
Read More »Mübariz Mənsimov aclığa başladı
İstanbulda bu gün saxlanılan “Palmali” Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun bu saatlarda azadlığa buraxıldığı barədə məlumat təsdiqini tapmayıb. Boyukmillet.com xəbər verir ki, jurnalist Fuad Abbasovun feysbuk üzərindən canlı apardığı proqrama telefon zəngi ilə “Palmali” şirkətlər qrupunun rəsmisi Fidan Quliyeva qoşulub. F.Quliyeva bildirib ki, Mübariz Mənsimov sərbəst buraxılmayıb: “Hətta Mübariz bəy yemək və su içməkdən imtina edib. Baxmayaraq ki, …
Read More »Azərbaycanda koronavirusa yoluxan daha 3 nəfər sağaldı
Koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu müəyyən edilən 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib. Bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib. Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.
Read More »Berdiməhəmmədov koronavirusdan qorunmağın ASAN YOLUNU AÇIQLADI
Türkmənistən prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumət iclası zamanı vətəndaşlara koronavirusdan qorunmaq üçün üzərlik yandırmağı tövsiyə edib. Ölkə lideri türkmən xalqının əsrlər boyu zərərli vərdişlərdən qorunmaq və müxtəlif infeksion xəstəliklərdən müdafiə üçün qədim xalq təbabətindən istifadə etdiyini xatırladıb. “Müdrik əcdadlarımız ənənəyə sadiq qalırdılar: mühüm hadisələr zamanı üzərlik yandırırdılar”, – deyə o bildirib. Berdiməhəmmədov vurğulayıb ki, müqəddəs bitki hesab olunan üzərliyi yandırmaq ənənəsi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
