Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Nyu-Yorkda həyat dayandı

Şəhərin bütün məktəbləri, ictimai iaşə obyekləri koronavirus səbəbindən fəaliyyətini dayandırıb

Nyu-Yorkda bütün məktəblər, ictimai iaşə obyekləri koronavirus səbəbindən fəaliyyətini dayandırıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, şəhər bələdiyyəsinn rəhbəri Bill de Blasio, “şəhərdə virusun yayılması təhlükəsinin qarşısının alınması üçün tədbirli olmalıyıq” açıqlamasını verib.

Məlum olduğu kimi, ABŞ-ın digər ştat və şəhərlərində də müvafiq karantin tədbirləri davam edir. Avropa ölkələrinə səyahət məhdudlaşdırılıb.

ABŞ Prezidenti daxil olmaqla, ölkənin bütün rəhbər şəxsləri tibbi müayinədən keçiriliblər. Ölkədə test sınaqlarının alınması və virusla mübarizə tədbirləri üçün büdcədən 5 milyard dollar ayrılıb.

Son məlumatlara görə, ABŞ-da pandemiya nəticəsində 3744 nəfərdə virus təsdiqlənib, 69 nəfər isə COVİD-19-dan ölüb.

Səkkiz milyondan çox əhalisi olan Nyu-Yorkda isə 5 ölüm hadisəsini qeydə alınıb.  /Ayna.az/

Check Also

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım – FOTO

“Mən və atam teraktdan zərərçəkənlər üçün 100 milyon köçürdük”. Boyukmillet.com bildirir ki, bu sözləri Xalq artisti …