Bazar , 19 Yanvar 2025

Gündəm

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 576 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 576 yeni yoluxma faktı qeydə alınıb, 217 nəfər sağalaraq evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 238 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 461 nəfər müalicə olunaraq sağalıb, 3 268 nəfər vəfat edib, aktiv xəstə sayı 5 230-dir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 595, bu günə qədər isə …

Read More »

Gültəkin Hacıbəylinin oğlunun ölkədən çıxışına icazə verildi

Keçmiş deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin oğlu Toğrul Mehdinin ölkədən çıxışına icazə verilib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə sosial şəbəkədə G.Hacıbəyli məlumat yayıb. O bildirib ki, martın 11-də Bakı Apellyasiya Məhkəməsində oğlunun ölkədən çıxışına icazə verilməsi ilə bağlı şikayətinə baxılıb. Məhkəmə onun şikayətini təmin edib. Qeyd edək ki, G.Hacıbəylinin oğlu T.Mehdi Almaniyada universitetə daxil olub.

Read More »

Bakıda politoloq rüşvətdə ittiham edilir – FOTO

Sabunçu rayon Bakıxanov bələdiyyəsinin sədr müavini Orxan Daşdəmirli barəsində cinayət işi başlanılıb. Boyukmillet.com xəbər verir ki, bundan sonra O.Daşdəmirli sədr müavini vəzifəsindən öz ərizəsi ilə çıxıb. Rüşvətvermə ittihamı ilə bağlı cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Azər Paşayevin icraatında baxılacaq. Hazırlıq iclası martın 18-də keçiriləcək. İş üzrə digər təqsirləndirilən şəxs Babayev İlkin Əbülfəz oğludur. …

Read More »

PA-nın şöbə müdiri: “Dialoqdan boyun qaçıranlar hansısa dairələrin çirkin maraqlarına xidmət edirlər”

“Prezident İlham Əliyevin apardığı siyasi islahatlar nəticəsində ölkədə sağlam iqtidar-müxalifət münasibətləri qurulub”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev martın 10-da Milli Məclisdə “Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu” mövzusunda keçirilən konfransda deyib. O, bu münasibətlərdə dövlətçilik maraqlarının bütün digər maraqlardan üstün tutulduğunu, sağlam tənqid və qarşılıqlı hörmətlə xarakterizə …

Read More »

Paşinyan ordunu parçaladı: Qarabağ klanını indi yalnız vətəndaş müharibəsi xilas edə bilər

Ermənistanda hakimiyyət uğrunda mübarizə artıq hərbi-siyasi böhrana çevrilib; Qarabağ klanına bağlı erməni generalitetinin müqavimət israrı parçalanmış ordunun iştirakı ilə silahlı toqquşmalara yol aça bilər… Ermənistanda siyasi böhran dərinləşir. Sön günlər bu qarşıdurma artıq öz məzmun və keyfiyyətini ciddi şəkildə dəyişməyə başlayıb. Və siyasi qarşıdurma tədricən hərbi faktorlarla yüklənməyə başlayıb. Ona görə də, hazırda Ermənistanda baş verənləri müəyyən mənada hərbi-siyasi böhran …

Read More »

Bakıda dəhşətli intiharın pərdəarxası: Biri digərini xilas etmək istəyərkən yıxılıb?

Bakıda dünən birgə intihar etdikləri deyilən iki şagirddən biri – Əfruz Səmədovanın ailəsi onun özünü öldürmədiyini iddia edir.  “Qafqazinfo”nun əməkdaşları bu gün Ə.Səmədovanın ailəsinin Qobu qəsəbəsində yerləşən evində olublar.  Ailə üzvləri bu gün 17 yaşlı Əfruzu dəfn etməyə hazırlaşırlar, buna görə də onlar hadisə barədə ətraflı danışmağa hazır olmadıqlarını bildiriblər.  Rəssamlıqla məşğul olan Əfruzun babası qısa söhbət zamanı qeyd edib …

Read More »

İrandan Azərbaycana qarşı növbəti düşmənçilik : erməni səfirlə görüşən Müctəba Zönnuri həyasızcasına “Qarabağda terrorçular var” yalanını təkrarlayır

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regional iqtisadi əməkdaşlığın bərpasına sanksiyalar altında əzilən İranı cəlb etməyə çalışsa da, rəsmi Tehran Ermənistana dəstək siyasətindən əl çəkmək istəmir. Daha doğrusu, bu siyasət iki ölkə arasında bərabərhüququlu əməkdaşlıq deyil, Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik məqsədi daşıyır. Bu münasibəti Azərbaycanın öz ərazisini işğaldan azad etməsindən sonra İran rəsmilərinin dilindən az qala hər gün verilən …

Read More »

Naxçıvanın sabiq daxili işlər naziri həbs edilib

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib. Boyukmillet.com unikal.org-a istinadən xəbər verir ki, Ə. Əhmədov mənimsəmədə ittiham olunur və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib. Onu da qeyd edək ki, Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun adı qalmaqalda hallanıb. İttihama görə, Əvəz …

Read More »

Əli Nağıyevi “keçi qiyməti”nə satan, “vəzirovçu” Həsənovun son ümidləri də puç oldu

Martın 5-də cəmiyyət tərəfindən diqqətlə izlənən YAP-ın 7-ci qurultayında bir çox maraqlı məqamlar baş verdi. Gözlənildiyi kimi, bir sıra YAP funksionerləri partiyadakı yüksək statuslarını itirdi. İdarə heyətində postunu itirənlərin hamısı “köhnə qvardiya” idi. Yəni onların artıq partiyaya töhfə verəcək enerjisi qalmamışdı. Əslinə baxsan, onların çoxu iqtidar partiyasının adına ləkə idi. Amma neyləyək ki, zamanında hansı yollarlasa partiyanın İdarə Heyətinə və …

Read More »

İvanişvilinin oğlu ilə baş nazirin səs yazısı Gürcüstanı ayağa qaldırdı – Müxalifət Qaribaşvilinin istefasını tələb edir

Gürcüstanın “Pirveli” televiziya kanalı ötən gün hakim Gürcü Arzusu Partiyasının keçmiş sədri Bidzina İvanişvilinin oğlu Bera İvanişvili və baş nazir İrakli Qaribaşvilinin təxmin edilən telefon danışığının səsyazısını yayıb. Boyukmillet.com xəbər verir ki, yazıda B.İvanişvili İ.Qaribaşvilidən feysbuk sosial şəbəkəsində mənfi şərhlər yazan məktəblinin cəzalandırılmasını tələb edir. Süjetdə iddia olunub ki, yazıda Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Anzor Çubinidze də yer alıb. …

Read More »