Cümə , 12 Dekabr 2025

Hərbi

DSX-nin Akademiyasının yaradılmasının 15-ci ildönümü münasibətilə tədbir keçirilib

İyunun 11-də Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasının 15-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilmişdir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  bildirilib ki, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki kursant və müəllim heyətinə çatdırılıb. Tədbirdə çıxış edənlər tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə …

Read More »

Azərbaycan Ordusunun kursantları təlim atış çalışmalarını yerinə yetirib

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun planına uyğun olaraq təlim atış çalışmaları yerinə yetirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Atışdan qabaq kursantlara təhlükəsizlik qaydaları çatdırılıb, onların nəzəri biliklərini artırmaq məqsədilə atəş hazırlığı üzrə məşğələlər keçirilib. Kursantlar silahların sökülüb yığılması və digər normativləri yerinə yetiriblər. Səhra şəraitində keçirilən təlim atış çalışmalarında …

Read More »

Azərbaycan Ordusunun hərbi qulluqçuları üçün seminarlar keçirilib

Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri tərəfindən hərbi hissələrdə seminarlar keçirilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Görüşlərdə hərbi qulluqçu və mülki işçilərə inkişaf etmiş ölkələrin ordularında insan hüquqları və gender bərabərliyi sahəsində həyata keçirilən fəaliyyətlər barədə …

Read More »

Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə təlim-metodiki toplanış keçirilib

Azərbaycan Ordusunun qoşun növü, birlik və mərkəzi tabelikdə olan hərbi hissələrinin maddi-texniki təminat idarə, şöbə (bölmə) rəisləri ilə təlim-metodiki toplanışın yekunu keçirilib. Boyukmillet.com xəbər verir ki, yekunda Maddi-Texniki Təminat Baş İdarəsinin Maddi-Texniki Təminat Qərargahının rəisi vəzifəsini icra edən general-mayor Qədir Nəsibov iştirak edib. Toplanışda silah və texnika idarəsi üzrə raket-artilleriya silahları, avtomobil və zirehli tank xidmətlərinin təşkili, arxa cəbhə idarəsi …

Read More »

Azərbaycan komandoları şərti düşməni zərərsizləşdirib

Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) hərbi hissələrinin şəxsi heyəti ilə taktiki-xüsusi təlimlər keçirilib. Boyukmillet.com xəbər verir ki, əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib. Komandolar əməliyyat rayonunun dərinliyinə sızaraq müvəqqəti sığınacaqların mühasirəyə alınması və şərti düşmənin zərərsizləşdirilməsi tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər. Keçirilən təlimlərin əsas məqsədi şəxsi heyətin dağlıq ərazilərdə …

Read More »

Azərbaycan Ordusunda döyüş atışlı intensiv taktiki təlimlər başlayıb- Video

Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə Azərbaycan Ordusunun ümumqoşun poliqonlarında müxtəlif qoşun növlərinin döyüş atışlı intensiv taktiki təlimləri keçirilir. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin döyüş qabiliyyətinin artırılması, şəxsi heyətin praktiki vərdişlərinin inkişaf etdirilməsi ilə peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, qoşunların idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsidir. Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və …

Read More »

Kamran Əliyev Xocavəndə yeni prokuror təyin edib

Ağcabədi rayon prokurorunun müavini Taleh Osmanov tutduğu vəzifədən azad edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. K.Əliyevin digər əmri ilə o, Xocavənd rayon prokuroru təyin olunub. Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a təyinatla bağlı məlumatı təsdiqləyib.

Read More »

Ərdoğan Türkiyə və Azərbaycan generalları ilə birgə “Efes-2022” təlimini izləyib

İyunun 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “Efes-2022” çoxmillətli təliminin sonuncu günündə icra olunan tapşırıqları izləyib. Yüksək səviyyəli qonaqlar qismində təlimi izləmək üçün Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan poliqona gəlib. Təlim iştirakçıları snayper atışları, mühüm əhəmiyyətə malik hədəfin ələ keçirilməsi, eləcə də dəniz piyadalarının sahil obyektinə basqın tapşırıqlarını yerinə yetiriblər. Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup …

Read More »

Azərbaycanın müdafiə naziri Türkiyədə pakistanlı generalla görüşüb

“Efes-2022′” çoxmillətli təlimini izləmək üçün Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səmimi görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıqdan məmnunluq ifadə olunub, gələcək perspektivlər müzakirə edilib. Xatırladaq ki, Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil …

Read More »

Azərbaycan və Qırğızıstan müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

İyunun 8-də İzmir şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Qırğızıstan Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov arasında ikitərəfli formatda görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-təhsil və qarşılıqlı əməkdaşlığın müxtəlif sahələri, eləcə də maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Read More »