Azərbaycan və İran hərbi qulluqçularının iştirakı ilə keçirilən “Araz-2025” birgə təlimi uğurla yekunlaşıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib. Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı nümayiş etdiriblər. Təlim rəhbərləri şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini …
Read More »2025-ci ilin ilk beş ayı ərzində Azərbaycanda 14 hərbi qulluqçu həyatını itirib
2024-cü ildə isə 51 hərbi qulluqçu vəfat edib 2025-ci ilin ilk beş ayı ərzində Azərbaycanda 14 hərbi qulluqçu həyatını itirib. Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) kütləvi informasiya vasitələri üzrə keçirdiyi monitorinqin nəticələrinə görə, onların hamısı qeyri-döyüş itkiləridir. Ümumilikdə, 2025-cü ildə 2 nəfər avtomobil qəzasından, 2 nəfər müxtəlif bədbəxt hadisələrdən (qar uçqunu), 4 nəfər müxtəlif xəstəliklərdən, 4 nəfər intihardan, 1 nəfər mina partlayışından, …
Read More »Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
Mayın 13-ü saat 20:45-dən saat 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Read More »Azərbaycan Ordusunun mövqeləri Çəmbərək istiqamətindən atəşə tutulub
Mayın 10-u saat 09:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan Müdafiə Nazirliyi həmçinin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi barədə tamamilə yalan və dezinformasiya məqsədi daşıyan məlumat …
Read More »Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanın hərbi müəssisələrində olub
Azərbaycanda rəsmi səfərdə olan Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, professor, general Qabor Böröndinin rəhbərlik etdiyi nümayəndə heyəti Hərbi Hava Qüvvələrinin (HHQ) Mərkəzi Komanda Məntəqəsi, Kibertəhlükəsizlik Mərkəzi və komando hərbi hissələrindən birini ziyarət edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəlcə HHQ-nin Mərkəzi Komanda Məntəqəsinə gələn nümayəndələrə müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə müasir standartlara …
Read More »Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılmasından 26 il ötür. Boyukmillet.com xəbər verir ki, XTQ Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelin 30-da qurulub. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Xüsusi Təyinatlı Qüvvələrin bölmələri 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib. XTQ …
Read More »Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 28-i saat 00:25-də Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. “Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”.
Read More »Hərbi xidmətdən ehtiyata buraxılanların geyim formalarını daşıya biləcəyi günlər müəyyənləşib
Hərbi xidmətdən ehtiyata buraxılanların geyim formalarını daşıya biləcəyi günlər müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişikliyi təsdiqləyib. Belə ki, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları tədbirlərdə, peşə bayramı günlərində, habelə Azərbaycan Silahlı Qüvvələri Günü, Zəfər Günü …
Read More »Müdafiə Nazirliyi: Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb
Azərbaycan Ordusunun bölmələrinin guya aprelin 23-də saat 22:20 radələrində Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması barədə Ermənistan Müdafiə Mazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhali və obyektlər istiqamətində heç vaxt atəş açmır. Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla öz təxribatlarını ört-basdır etməyə, eləcə …
Read More »Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Aprelin 18-i saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Read More »