Cümə , 26 Aprel 2024

Hərbi

Ermənilər niyə təslim oldu? – Atəşkəsin PƏRDƏARXASI

“Bilirsiniz ki, Azərbaycanın çox müasir, peşəkar ordusu var. Son zamanlar komando hərbi birlikləri yaradıldı və meşə-dağlıq ərazilərdə separatçılara qarşı təlimlər keçirildi. 44 günlük Vətən müharibəsində Ermənistanın hərbi hissəsi darmadağın edildi. Onlar indi də Azərbaycanın hərbi birləşmələrinin qarşısında tab gətirə bilməzdilər. Ermənilər onsuz da bir neçə günə təslim olacaqdılar, başqa yolları yox idi. Əgər təslim olmasalar, bütünlükdə məhv ediləcəkdilər…”  Boyukmillet.com xəbər …

Read More »

Anar Eyvazov: “Qarabağdakı separatçıların təslim olması ilə bağlı qoşunlara müvafiq tapşırıq verilib”

“Bu gün lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən qoşunlara müvafiq tapşırıq verilib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan Silahlı Qüvvələri tapşırıqları icra edir.

Read More »

Müdafiə Nazirliyi vətəndaşlara çağırış edib: “Yardım çağırışlarına reaksiya verməyin”

Müdafiə Nazirliyi vətəndaşlara çağırış edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə bildirib. “Bəzi sosial media hesablarında orduya dəstək adı altında pul və yardım istənilməsi ilə bağlı vətəndaşlara çağırışlar olunur. Müraciət edirik ki, vətəndaşlar belə çağırışlara heç bir reaksiya göstərməsinlər. Silahlı Qüvvələrin maddi texniki …

Read More »

Azərbaycan MN: “Bizim texniki vasitələrimizin müşayiəti ilə şəxsi heyətin geri çəkilməsinə şərait yaradılır”

“Bizim texniki vasitələrimizin və müşahidə vasitələrinin nəzarəti altında şəxsi heyətin geriyə çəkilməsi və könüllü olaraq döyüş mövqelərini tərk etməsi üçün şərait yaradılır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib. MN rəsmisi bildirib ki, onlara bu halda heç bir zərbə endirilməyib.

Read More »

Ermənilər Şuşanı atəşə tutdu, həlak olan var

Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşa şəhərinə iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi, 1967-ci il təvəllüdlü Fərhadov Vidadi Aydın oğlu aldığı qəlpə yarası xəsarətindən ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında deyilir. …

Read More »

Düşmənin legitim hərbi hədəfləri sıradan çıxarılır – Eyvazov

Bölmələrimiz tərəfindən bütün istiqamətlərdə düşmənə layiqli cavab verilir. Ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Anar Eyvazov brifinqdə deyilib. O qeyd edib ki, tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də …

Read More »

Müdafiə Nazirliyinin brifinqi keçirildi – Video

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə bağlı brifinq keçirir. Boyukmillet.com xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan lokal xarakterli antiterror tədbirləri barədə məlumat verilir. Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək …

Read More »

Ermənilərin yaydığı bu xəbər yalandır! – MN

Bəzi erməni sosial media resurslarında guya Azərbaycan Ordusunun bölmələrinin mülki obyektləri atəşə tutması barədə yayılan məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. “Bir daha bildiririk ki, bölmələrimiz tərəfindən mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır, yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır”, – nazirlikdən qeyd olunub.

Read More »

Yaşar Güler: “Türkiyə hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır”

“Türkiyə hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler deyib. Qeyd edək ki, sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler arasında telefon danışığı olub.

Read More »