Bazar , 28 Aprel 2024

Hərbi

DSX: “Ötən ay ərzində dövlət sərhədini pоzduqlarına görə 41 nəfər saxlanılıb”

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2023-cü ilin aprel ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 41 nəfər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, оnların 22 nəfəri Azərbaycan Rеspublikası, 10 Nepal, 1 İİR, 1 Pakistan, 2 Tacikistan və 5 Şri-Lanka vətəndaşları оlub.Qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində 20 nəfər saxta tarix möhürləri və saxtalaşdırılmış pasportla, habelə 1 halda 1 nəfər isə gizli şəkildə …

Read More »

Ötən ay axta­rışda оlan 260 nəfər sərhəddə aşkarlanıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2023-cü ilin aprel ayı ərzində cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 260 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib. Boyukmillet.com xəbər verir ki, ölkədən çıxışı qadağan olan 446 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 20 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.

Read More »

Sülhməramlılar öz işlərini görə bilmədi: Azərbaycan sözünü deyəcək

“Erməni separatçılar Qarabağdan təmizlənəcək. Araik kimilər yaxşı bilir ki, onlar Azərbaycan məhkəməsinin qarşısında cavab verəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Bakıvaxtı.az-a hərbi ekspert Emin Həsənli Qarabağdakı Rusiya sülhməramlı hərbi kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovun bu posta təyin olunduqdan 3 gün sonra Xankəndidə qondarma qurumun “prezident”i Arayik Arutunyanla görüşünə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Rusiya sülhməramlıları bölgəyə gələndən öz missiyasını …

Read More »

Azərbaycanın müdafiə naziri Türkiyəyə başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığında deyilir: “Şırnak-Uludərə yolunda qardaş Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbəri məni çox kədərləndirdi.Sizin …

Read More »

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbirdə Müdafiə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Yasamal, Xəzər, Suraxanı, Sabunçu, Qaradağ, Nizami, …

Read More »

“Anadolu Qartalı – 2023”: Azərbaycanın aviasiya vasitələri ilk uçuşlarını yerinə yetiriblər

“Anadolu Qartalı – 2023” beynəlxalq təlimində iştirak edən aviasiya vasitələrimiz ilk uçuşlarını yerinə yetiriblər. Boyukmillet.com xəbər verir ki, əvvəlcə pilotlara təlim müddətində təhlükəsizlik qaydaları və digər məsələlərlə bağlı təlimat verilib. Sonra aviasiya vasitələrimizin ekipajları təlim keçiriləcək ərazi ilə tanışlıq, hərəkət marşrutlarının öyrənilməsi və şərti hədəflərin qiymətləndirilməsi məqsədilə uçuşlar icra ediblər. Uçuş zamanı təyyarələrin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi də yoxlanılıb.

Read More »

Milli Müdafiə Universitetində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Milli Müdafiə Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Tarixin və zamanın fövqündə dayanan zirvə” mövzusunda elmi-praktik konfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, Milli Müdafiə Universitetinin zabit, professor və müəllim heyətinin iştirakı ilə keçirilən konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İştirakçılar …

Read More »

Azərbaycan və Türkiyə birgə pilotsuz uçuş aparatları istehsal edəcək

Azərbaycan və Türkiyə birgə pilotsuz uçuş aparatları (PUA) istehsal edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkəti məlumat yayıb. Bildirilib ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin “Baykar” şirkəti arasında niyyət protokolu imzalanıb. Sənədi Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanovla “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar imzalayıblar. Mərasimdə Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant …

Read More »

Səfərbərlik Xidmətinin rəisi vətəndaş qəbulu keçirəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək. Boyukmillet.com xəbər verir ki, qəbul mayın 26-da saat 10:00-da Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq. Qeyd edilib ki, qəbula yazılmaq istəyən vətəndaşların may 22-dək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə, həmçinin …

Read More »

Rusiya tərəfinə Ermənistanın Azərbaycanla sərhəddə və Qarabağda törətdiyi təxribatlar barədə məlumat verilib

Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib. Görüşdə Azərbaycan-Ermənistan sərhədində və Qarabağ iqtisadi rayonunda ermənilərin təxribatları barədə Rusiya nümayəndə heyətinə məlumat verilib. Beynəlxalq humanitar hüququn tətbiqi və digər məsələlərə dair müzakirələr aparılıb. Həmçinin hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə …

Read More »