Bazar ertəsi , 13 May 2024

Hərbi

ANAMA rəhbəri azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayını açıqlayıb

“Vətən müharibəsindən sonra 87 mindən çox mina və partlamamış hərbi sursat zərərsizləşdirilib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib. “2020-ci ildə müharibədən sonra işğaldan azad edilən ərazilərdə minatəmizləmə işləri davam etdirilir. İndiyədək 80 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Onu da qeyd edim ki, azad edilən ərazilərdə mina və …

Read More »

Azərbaycan Ordusunun pilotları Türkiyədəki təlimdə növbəti tapşırıqları icra edib

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimində növbəti tapşırıqlar yerinə yetirilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Ümumi brifinqdən sonra pilotlarımız icra olunacaq fəaliyyətləri xəritə üzərində dəqiqləşdirib. Təlimin növbəti günündə şərti düşmənin hava məkanına daxil olaraq müasir peyk naviqasiya sistemlərinin imkanlarından istifadə olunmaqla dağlıq ərazidə maskalanmış kiçik mobil və stasionar yer hədəflərini müəyyənləşdirmək və məhv etmək tapşırığı simulyasiya …

Read More »

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilib

2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun hərbi hissələrində komanda-qərargah təlimləri keçirilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Təlimlərdə tapşırıqların icrası ilə bağlı fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, bölmələrin qarşılıqlı fəaliyyəti və qərargahların vahid idarəetmə orqanı kimi uzlaşması yoxlanılıb. Həmçinin qəbul edilmiş qərarlara dair tapşırıqlar kompüter üzərində icra edilərək qiymətləndirilib, komandirlər tərəfindən qərarların məruzələri dinlənilib. Komanda-qərargah təlimlərinin keçirilməsində əsas diqqət …

Read More »

Ermənistan silahlı bölmələri Laçında ekskavatoru atəşə tutub

Mayın 8-i saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində şərti sərhəddə ekskavatorumuzu atəşə tutub. Bu barədə  Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Read More »

Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin anım tədbiri keçirilib

Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycanın Milli Qəhrəmanı şəhid polkovnik İlqar Mirzəyevin anadan olmasının 50 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, hərbi qulluqçular, Milli Qəhrəmanın ailə üzvləri, yaxın qohumları, döyüş yoldaşları, tələbələr, məktəblilər və digər qonaqlar iştirak ediblər. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü …

Read More »

Azərbaycan Ordusunda silah və hərbi texnika yay mövsümündə istismar rejiminə keçirilir

Cari ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi aparılır. Boyukmillet.com xəbər verir ki, hərbi hissələrdə əvvəlcə şəxsi heyətlə nümunəvi dərslər keçirilərək mövsümi xidmət qaydaları izah edilib. Silah və texnikanın, o cümlədən aviasiya vasitələrinin yay mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr …

Read More »

Ermənistan silahlı bölmələri Laçında mühəndis işləri aparan traktoru atəşə tutub

Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərimizdə mühəndis işləri görən traktoru atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Read More »

Azərbaycan Ordusunun təlimində şərti düşmənin hava hədəfləri məhv edilib

2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışlı taktiki təlimi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib. Qarşıya qoyulan döyüş tapşırıqları şəxsi heyət tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Read More »

Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib, Qarabağdakı əməliyyat şəraiti müzakirə olunub

Mayın 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovu qəbul edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub.

Read More »